SON XƏBƏRLƏR

Buş Quantanamonu bağlamaq planından vaz keçdi

2021.10.20, 07:36
Buş Quantanamonu bağlamaq planından vaz keçdi

Gunaz.tv
Buş Quantanamonu bağlamaq planından vaz keçdi hebsxana-xaricde.jpg ABŞ prezidenti Corc Buş Kubanın Quantanamo adasındakı hərbi bazanın nəzdində yerləşən həbsxananı bağlamaq planından imtina edib. Lent.az-ın “The New York Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ağ Ev administrasiyasındakı yüksək vəzifəli mənbə bildirib. Quantanamo həbsxanası uzun müddət ABŞ administrasiyasının ən zəifə nöqtələrindən biri olub. Hüquq-müdafiə təşkilatlarının fikrincə, rəhbərlik həmin həbsxanada “terrorçuluğa qarşı müharibə” çərçivəsində həbs edilən şəxsləri saxlayır. Bu zaman həmin şəxslərə heç bir ittiham irəli sürülmür. Bundan əlavə, həbsxanadakı məhbusların pis şəraitdə saxlanması və dindirilmə zamanı işgəncələrdən istifadə edilməsi ilə də bağlı dəfələrlə məlumat yayılıb. Buş hələ 2006-cı ildə həbsxananın bağlanacağını bəyan edib. 2007-ci ilin sonunda isə məlum olub ki, Ağ Ev administrasiyası məhbusların ABŞ ərazisindəki xüsusi mərkəzlərə köçürülməsi ilə bağlı plan hazırlayır. İndi isə Buşun öz planından imtina etdiyi məlum olub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar