SON XƏBƏRLƏR

Karbohidrogen hasilatı Azərbaycanda yaxın 10 ildə 29% artacaq

2021.10.20, 07:36
Karbohidrogen hasilatı Azərbaycanda yaxın 10 ildə 29% artacaq

Gunaz.tv
Karbohidrogen hasilatı Azərbaycanda yaxın 10 ildə 29% artacaq Böyük Britaniyanın "Business Monitor İnternational" analitik nəşri "Azerbaijan Oil and Gas Report - Q3,2008" hesabatını dərc edib. "APA-Economics"in məlumatına görə, həmin hesabat Azərbaycanın neft və qaz sənayesinin gələcək inkişafına həsr olunub. "Business Monitor İnternational"ın proqnozlarına əsasən, 2012-ci ilədək Azərbaycan Mərkəzi və Şərqi Avropanın neftə olan tələbatının 2,30%-ni, qaza isə 1,81%-ni ödəyəcək. Hesabat müəllifləri hesab edirlər ki, 2007-2018-ci illərdə Azərbaycanda karbohidrogen hasilatı 29,4% artacaq, 2011-2014-ci illərdə isə neft hasilatı sutkada 1,3 mln. barel təşkil edəcək. Lakin 2014-cü ildən sonra hasilat sutkada 1,1 mln. barelə enəcək. Bununla yanaşı bildirilir ki, 2007-2018-ci illərdə Azərbaycanda neft istehlakı 110,5% artacaq, 2018-ci ilə kimi isə sutkada 216 min barel səviyyəsinə çatacaq. Qaz hasilatına gəldikdə isə, hesabata əsasən, 2018-ci ilədək illik hasilatın 30 mrld. kubmetrə çatacağı, qazın ixrac imkanlarının isə 11 mlrd. kubmetrədək artacağı gözlənilir. Hesabatda bildirilir ki, Azərbaycanda real YDM-in artımı 2008-ci ildə 18,6%, 2009-cu ildə - 18,6%, 2010-cu ildə - 8%, 2011-ci ildə isə 5% səviyyəsində proqnozlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar