SON XƏBƏRLƏR

Rusiya prezidenti D.Medvedev İrəvanda Rusiya meydanının açılışında iştirak edib və «erməni soyqırımı» qurbanlarının abidəsi önünə əklil qoyub

2021.10.20, 07:36
Rusiya prezidenti D.Medvedev İrəvanda Rusiya meydanının açılışında iştirak edib və «erməni soyqırımı» qurbanlarının abidəsi önünə əklil qoyub

Gunaz.tv
Rusiya prezidenti D.Medvedev İrəvanda Rusiya meydanının açılışında iştirak edib və «erməni soyqırımı» qurbanlarının abidəsi önünə əklil qoyub dmitri-medvedev-20-10.jpg D.Medvedev qondarma soyqırım qurbanlarının xatirəsinə ucaldılan kompleksdə küknar ağacı da əkib Ermənistanda rəsmi səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev bu gün qondarma «erməni soıqırımı» qurbanlarının xatirə kompleksi - «Tsitsernakabed»i ziyarət edib. «Reqnum» informasiya agentliyinin yaydığı məlumata əsasən, Rusiyanın dövlət başçısı xatirə kompleksinin önünə əklil qoyub. Daha sonra isə D.Medvedev, nəzərdə tutulduğu kimi, «Tsitsernakabed» bağında küknar ağacı əkib - Rusiyanın eks-prezidenti Vladimir Putin, Roma Katolik Kilsəsinin mərhum rəhbəri - İkinci İohann Pavel və baronessa Koksun əkdiyi ağacların yanında. D.Medvedev fəxri qonaqlar üçün xatirə kitabına ürək sözlərini də yazıb: “Erməni soyıqırımı muzeyi və abidəsi – XX əsrin dəhşətli faciəsinin sübutudur və eyni zamada sivil xalqların müdafiəsinə daim ehtiyacı həyatın əsas dəyər olduğunu xatırladır”. Qeyd edək ki, Rusiya dövlət başçısını bu mərasimdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, İrəvanın vitse-meri Kamo Areyan, Rusiyanın İrəvandakı və Ermənistanın Moskvadakı səfirləri Nikolay Pavlov və Amen Smbatyan, Rusiya nümayəndə heyətinin üzvləri müşayiət edib. Xəbər verilir ki, hazırda Dmitri Medvedev Serj Sarkisyanla təkbətək görüşdədir. Az sonra isə Ermənistan-Rusiya hökumət nümayəndələrinin iştirakilə geniş iclas olacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar