SON XƏBƏRLƏR

Sensasiya: Quş qripinə qarşı vaksin hazırlandı: dərman insanı da xilas edəcək

2021.10.20, 07:36
Sensasiya: Quş qripinə qarşı vaksin hazırlandı: dərman insanı da xilas edəcək

Gunaz.tv
Sensasiya: Quş qripinə qarşı vaksin hazırlandı: dərman insanı da xilas edəcək vaksin-qush-qrip.jpg Amerikalı alimlər qripin bir neçə virusundan, o cümlədən quş qripindən qoruya biləcək vaksin hazırlayıblar. Lent.az-ın “ Journal of General Virology” jurnalına istinadən verdiyi məlumata görə, dərman həm quşlar, həm heyvanlar, həm də insanlar üçün yararlı ola bilər. Tədqiqatın müəlliflərindən olan Merilend universitetinin doktoru Daniel Perez bəşəriyyətin XX əsrin əvvəlində milyonlarla avropalının həyatına son qoyan “ispanka” kimi epidemiya ilə üz-üzə qaldığını vurğulayıb: “Pandemiyanın qarşısını yeni vaksin vasitəsilə almaq olar. O, həm quşları, həm məməliləri, həm insanı, həm də quş qripinə yoluxan pişikləri qoruya bilər”. Vaksin quşlarda, donuzlarda və siçanlarda xəstəliyə səbəb olun H9N2 virusunun əsasında yaradılıb. Perez indiyə kimi hər növ üçün spesifik olan viruslar əsasında dərmanlar hazırlandığını xatırladıb: “İndi isə bir çox heyvan növlərini yoluxduran virus əsasında vaksin yaratmışıq. Həmin virus insanı da yoluxdurur”. Alimlər yeni yaradılan dərmanı siçanların bədəninə yeridərək onları quş qiripi, eləcə də 1918-ci ildə milyonlarla insanın ölümünə səbəb olan “ispanka” ilə yoluxdurublar. Adi siçanlardan fərqli olaraq vaksin edilmiş siçanlarda xəstəlik özünü biruzə verməyib. Tədqiqatçılar qeyd edirlər ki, yeni dərmanla hətta yumurtadan çıxmayan quşları da vaksin etmək mümkündür. Dərman hələlik insanlar üzərində sınaqdan keçirilməyib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar