SON XƏBƏRLƏR

Britaniya iqtisadiyyatı tənəzzül mərhələsinə daxil olur

2021.10.20, 07:36
Britaniya iqtisadiyyatı tənəzzül mərhələsinə daxil olur

Gunaz.tv
Britaniya iqtisadiyyatı tənəzzül mərhələsinə daxil olur _45084413_7e6c0343-afff-4c64-afef-6542320d9a73.jpg Nüfuzlu Ernst and Youngs maliyyə qurumu bildirib ki, kredit böhranının ən çox təsirinə məruz qalan Britaniya iqtisadiyyatı gələn il daha bir faiz azala bilər. Britaniya hökuməti bildirib ki, iqtisadiyyatı canlandırmaq məqsədi həyata keçirilən tədbirlər arasında yeni iş yerləri yaratmaq imkanları araşdırılır. Maliyyə naziri Alister Darling deyib ki, ötən əsrin 30-cu illərində Amerikada baş verən depressiya yeni iş yerlərinin açılmasının nə qədər mühüm olduğunu göstərir. Bu bəyanat dünya boyu banklara büdcə hesabına dəstəyin göstərilməsi ilə müşayiət olunur. İsveç banklarını kredit verməyə həvəsləndirmək üçün maliyyə sisteminə təxminən 200 milyard dollar həcmində yardım paketi ayırıb. Bundan əvvəl Hollandiya hökuməti ən iri banklardan İNG qrupuna 13 milyard dollar ayıracağını vəd edib. İNG ipoteka kreditləri ilə bağlı çətin vəziyyətə düşən banklardan biridir. Fransa hökuməti maliyyə itkiləri ilə üzləşmiş Caisse dEpargne bankının iki yüksək rütbəlisinin istefa barədə bəyanatlarını alqışlayıb. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar