SON XƏBƏRLƏR

Ergenekon prosesi ilə bağlı məhkəmə işinə başlayır

2021.10.20, 07:36
Ergenekon prosesi ilə bağlı məhkəmə işinə başlayır

Gunaz.tv
Ergenekon prosesi ilə bağlı məhkəmə işinə başlayır turkiyeesger.jpg Türkiyədə silahlı qiyam, terror qrupuna dəstək və partladıcı maddələr saxlamaqda ittiham edilənlərin məhkəməsi keçirilir. Son illər ərzində ən böyük istintaq prosesi olan Ergenekon prosesi ilə bağlı siyasi partiya sədri, hərbçilər, jurnalistlər də daxil olmaqla 46 nəfər həbsdədir. Prosesdə cəmi 86 nəfər ittiham edilir. Prokurorlar bildirirlər ki, ifrat millətçi "Ergenekon" adlı təşkilat dövlət çevrilişi keçirmək niyyətini güdüb. İttiham tərəfinə istinadən Ergenekon qrupu hakim AK partiyanı "demokratik, layiq dövlət" quruluşunun əsaslarına təhlükə hesab edirdi. BBC müxbirinə əsasən prosesi tənqid edənlər məhkəməni siyasi opponentləri susdurmaq vasitəsi adlandırırlar. Son Güncelleme ( Salı, 21 Ekim 2008 03:55 )

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar