SON XƏBƏRLƏR

ABŞ-IN RESPUBLİKAÇILAR PARTİYASININ PREZİDENTLİYƏ NAMİZƏDİ CON MAKKEYN RUSİYADAN MALİYYƏ YARDIMI İSTƏYİB

2021.10.20, 07:36
ABŞ-IN RESPUBLİKAÇILAR PARTİYASININ PREZİDENTLİYƏ NAMİZƏDİ CON MAKKEYN RUSİYADAN MALİYYƏ YARDIMI İSTƏYİB

Gunaz.tv
ABŞ-IN RESPUBLİKAÇILAR PARTİYASININ PREZİDENTLİYƏ NAMİZƏDİ CON MAKKEYN RUSİYADAN MALİYYƏ YARDIMI İSTƏYİB con_makkeyn.jpg Rusiyanın Böyük Səkkizliyin tərkibindən çıxarılması təklifi ilə çıxış edən namizəd gözlənilmədən Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin üzvlərinə öz təşviqat kampaniyasına yardım edilməsi ilə bağlı məktub göndərib. Məktuba hər kəsin doldurması vacib sayılan anket də əlavə olunub. Bu anket makkeynə dəstək əlaməti olaraq 5 min dollar göndərilməsini nəzərdə tutur. Rusiyalı diplomatlar bu müraciəti cavablandırmaqda gecikməyib. Onlar bildirir ki, rusiyanın nə mülkü, nə də rəsmi şəxsləri, eləcə də BMT-dəki daimi nümayəndəliyi xarici dövlətlərin vətəndaşlarının siyasi fəaliyyətinini maddi cəhətdən dəstəkləmir. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar