SON XƏBƏRLƏR

Avropa İttifaqının komissarı Benita Ferrero-Valdner Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib

2021.10.20, 07:36
Avropa İttifaqının komissarı Benita Ferrero-Valdner Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib

Gunaz.tv
Avropa İttifaqının komissarı Benita Ferrero-Valdner Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib benitaferrerovaldnerb.jpg Bakı. Viktoriya Dementyeva-APA. Avropa İttifaqının xarici əlaqələr komissarı Benita Ferrero-Valdner Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanatla çıxış edib. APA-nın məlumatına görə, xanım Benita Ferrero-Valdner ATƏT-in seçkilərdə qeydə aldığı tərəqqini alqışlayıb, Seçki Məcəlləsinə edilən dəyişiklikləri, müxalifətdən olan namizədlərin seçkidə iştirakı üçün daha yaxşı şərait yaradılmasını müsbət qiymətləndirib. “Ümidvaram ki, Azərbaycan hakimiyyəti ölkənin beynəlxalq öhdəlikləri yerinə yetirməsi, o cümlədən siyasi plüralizmin inkişafı, seçki kampaniyasının daha ədalətli şərtlərlə keçirilməsi, mətbuat azadlığı və aşıq debatların keçirilməsi istiqamətində səylərini daha da artıracaq”. Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı Azərbaycanın ölkədə demokratik institutların inkişafı səylərini dəstəkləməkdə davam edəcək, həmçinin Avropa Qonşuluq Siyasəti çərçivəsində ikitərəfli əməkdaşlığı genişləndirəcək. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar