SON XƏBƏRLƏR

Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində ciddi irəliləyişlər gözləmək olar

2021.10.20, 07:36
Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində ciddi irəliləyişlər gözləmək olar

Gunaz.tv
odo9g9sn.jpg «Münaqişənin həlllində ciddi irəlləyişlər ola bilər» Kondaliza Raysla görüşdən sonra Ermənistanın baş naziri belə deyib Azərbaycanda prezident seçkiləri başa çatdıqdan sonra Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində ciddi irəliləyişlər gözləmək olar Bu əminliyi Vaşinqtonda Ermənistanın baş naziri Tirqan Sarkisyanla görüş zamanı ABŞ dövlət katibi Kondoliza Rays ifadə edib. Bu barədə Yerevanda dünənki mətbuat konfransında Tiqran Sarkisyan bildirib. Onun sözlərinə görə, dövlət katibi Qarabağ münaqişəsinin həllini ATƏT-in Minsk qrupu formatı çərçivəsində görür və onun başqa instansiyalara keçirilməsi üçün zərurət görmür. Rays qeyd edib ki, bu məsələ ilə bağlı Rusiyalı partnyorlarla söhbət edib və danışıqların düzgün istiqamətdə getdiyindən əmin olduğunu bildirib. Bu arada, Sarkisyan qeyd edib ki, Türkiyə prezidenti Abdulla Gülün və Azərabycanın xariji işlər naziri Elmar Məmmədyarovun BMT Baş Assambleyasının 63-cü sessiyasındakı çıxışları «soyuq duş» təəssüratı bağışlayıb, belə ki, son görüşlərin və razılaşmaların abu-havasına uyğun deyildi. Xüsusən, Sarkisyan Türkiyə prezidentinin işlətdiyi «işğal edilmiş ərazilər» ifadəsini təhlükəli sayır. Məmmədyarovun çıxışında Qarabağ münaqişəsinin BMT-də qəbul edilmiş qətnamələr çərçivəsində həlli barədə fikirlər var idi ki, bu, danışıqlar prosesini tamamilə təhrif edir, deyə Sarkisyan bildirib. Baş nazir iradlarını Kondoliza Rays ilə bölüşüb. «Çox vacibdir ki, biz danışıqlar prosesinin yeganə formatının Minsk qrupu olaraq qalması haqda təminat alaq», deyə baş nazir bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar