SON XƏBƏRLƏR

İmam zamanın İran töhfəsi!

2021.10.20, 07:36
İmam zamanın İran töhfəsi!

Gunaz.tv
image.php?img=7166 İmam zamanın İran töhfəsi! Tekin Maharlı İran prezidenti Ahmədi nejadın keçmiş günlərdə New York’da BMT nin 63.cü iclasında iştirak etmişdi və orada verdiyi bəyanatları ilə İranı və orada yaşayan xalqları İran adı ilə təmsil etməye çalışdı. O iclas dönəmində Ahəmdinejad bütün çıxışlarında vəya jurnalistlərin suallarını cəvablıyanda İranın siyasi, toplumsal və iqtisadi baxımdan doğru vəziyətini nəzərdə alaraq əksinə yalan və uydurma sözləri və öz zehninde yaratdığı xəyali demokratik iranın durmunu müxtəlif tribunlardan yayınlatdı. Ahmədinejadın sözlərinə görə iranda siyasi məhbusların sayısı çox azdır, qadınların haqqı hər zaman qorunmaqdadır və insan haqları təmamı ilə İranda yuxarı səviyədə riayət olunur! Ahmədinejad İranın iqtısadının çökməsini ya bilmir yada bütün olanları bilərək her zamankı kimi uyduruq sözlərini təkrar edir. Amerikanın vəziyətinə irad tutan İran prezidenti Ahmədinejad bilir mi onun başçılıq etdiyi ölkədə 9 milyon ac, 5 milyon işsiz, 3 milyon mo`tad (Narkotik maddə alışqanı), 5 milyon avara və evsiz insan yaşıyır? İran prezidenti minlərcə siyasi və idolojik məhbusların İran zindanlarında çürüməsini utanmadan inkar edər və İranda başverən bütün cinayətləri görməzdən gəlir. Prezidentlik dönəmi başa çatmaqda olan Ahmədinejad son 4 ildə İrana və orada yaşayan xalqlara fəlakətdən başqa heçnə vermədi. Onun iddiasına görə İmam Zamanın köməyi ilə İranı idarə edir, buda belə göürnür ki Ahmədinejad İmam zamanın irandakı nümayəndəsidir. Bu haqda özü dəfələrcə açıq şəkilde izahat verən İran prezidenti bütün siyasi işlərini imam zamanın əmri və nəzarəti altında görür, beləliklə ölkəni imam zamanın gəlməsinə hazırlayır! İnsanları asmaq, daşlamaq və əl ayaqlarını kəstirmək ancaq imam zamanın ölkəsi İranda reallaşır həmdeə insanlığın dəyərini qorumaq amacı və hədəfi adına! İranın indiki durumundan xəbəri olan hərkəs oranın hər baxımdan nə ağır vəziyətdə olduğunu rahatca hiss edir. Anacaq iranın günü gündən geriləməsi və oradakı xalqların istəklərindən illərdir üz çevirən rejim, iranın siyasi vizyonunu içəridə və həmdə xaricdə kifayət qədər ən zəif və başarısız səviyədə göstərir. Ahmədinejad hökməti insanların gün çörəyini iranın atom təslihatıtına sərf etməsi bundan sonra bu dövlətdən bir şey ummağa son qoyubdur. Faktlara dayanaraq bugün Güney Azərbaycanın bir çox hissəsində içmək üçün su tapılmır. Bu su problemi Makı, Ərdəbil, Muğan və bir çox bölgələrdə illərdir həll olmayıbdır. 1979-cu illərdən öncəki imkanlariımız bugün fars rejiminin sayəsinde əldən getməktədir və neçə il qabağa qədər Güneydə şoraqlıq (kəvir) bir yer tapmaq mümkün deyildi amma molla rejimin və Ahmədinejadın ağılsız işləri və siyasətlərinin sonucunda, Güneyin təbii varlıqları yəni yer altı və yer üstü zənginlikləri əldən gedir. İran dövləti Güneyin yər altı qaynaqlarını fars bölgələrində tikdiyi böyük fabrikalara köçürür, əgər bu iş belə dəvam edirsə, Güney çox az bir zamanda iranın fars bölgələrinə tay şoraqlıq olub və keyfiyətini əldən vərərək, orada yaşamağı imkansız hala gətirəcəkdir. “ Həyat suya bağlıdır”, bu faktı nəzərdə alaraq fars rejimi artıq Güney üçün heç qayğısı qalmıyıbdır. Rejimin Güney Azərbaycandan aldıqları vəya daha doğrusu oğurladıqları, Günyə verdiklərindən qat qat artıqdır! Urmu gölünün qurumasına və bölgədə susuzluğun hərgün artmasına bu qədər səssiz qalan iran dövləti hansı hədəflərinin arxasıcadır? Güneyin indisi və gələcəyi fars rejiminin əgəmənliyində qalmaqla böyük itkiləri Türk millətinə yaşadacaqdır. Bunu bilməliyik ki Güney Azərbaycan bugün İranın atom enerji və bombasının əldə edilməsinə qurban olunur, yəni farsın atomuna Türkün varlığı xərclənir. İran dövlətinin bügünkü varlığının məşruiyəti belə yoxdur amma belə bir şərayitdə olan iran başda iranda yaşayan xalqlar olmaqla qonşu ölkələr üçündə böyük bir təhlükədir. Ahmədinejadın iranda iş başına gəldikdən sonra bu ölkə əskisindən daha çox qanunları və insan haqlarını göz ardı edərək idarə olunmaqdadır. Kütləvi edamlar və tutuqlamalar, şəriətin iran versiyonunun bu ölkəyə hakim olduğunu isbatlıyır. Göründüyü kimi farsların hakimiyəti bundan artıq ola bilməz və belə bir inanılmaz durumda, Güneyin o xəstə və məzlum halı bir daha Ahmədinejadın ayaqları altına səriləcəkdir, çünkü AĞA Azərbaycana təşrif buyurur!! Bəlli deyil İmam zamanın nümayəndəsi Təbrizdə cəmkəran quyusu axtarmağa gəlir ya ETTELAT’ın, özləri demişkən İmam zamanın itkin əsgərlərinə, Azərbaycanın məzlum insanlarını yersiz ittihamlara görə tutub, şikəncə və həbs edənlərə afərin deməyə gəlir!? Ahmədinejadın danışıqlarından – danışıq hesab olunsa əlbətdə - belə anlaşılır ki İran dövləti başda İmam zamanla və onun İran nümayəndəsi yəni Ahmədinejad və İmam zamanın itkin əskələri ilə idarə olunur! Yəni bu ölkəyə hələ insan haqları və humanism girməyibdir. Belənçi şərayitə İran prezidentinin Təbrizə gəlməsi yalnız növbəti seçkilər üçündür və yinə də Azərbaycan İranın başı vəya başının tacı elan olacaqdır! Ahmədinejadın Güneydən səs dilənməsi artıq bu dəfə cavabsız qalmalıdır. Güneyin ekonomisi hər baxımdan geçən dörd ildə hədsiz geriləməyə məruz qalması və xalqımızın ən çətin şərayitdə yaşaması, Güneyi böyük bir üzüntü ilə üz üzə qoyubdur ancaq zamanı gəlmişkən Ahmədinejadın bu səfərinə ki yaxınlarda reallaşacaqdır, səssiz qalmağımız ən səsli cavab olaraq verilməlidir! İllərdir ən ilkin istəklərmiz fars rejimi tərəfindən rədd olunur və göründüyü kimi belədə dəvam edəcəkdir, bu önəmli məsələni diqqətə allmalıyıq və İran prezidentinin Türk milləti içində heç bir yerinin olmamasını ona qarşı etinasızlıqla bildirməliyik. Güneyin bütün sıxıntıları haqda Ahmədinejada olan muraciətlərin biri belə cavablanmıyıbdır və hələdir fars bölgələri yüzlər qat Azərbaycandan üstün görünüb və diqqətə alınır. Artıq İran prezidentinə rəsmi muraciətlərin cavabsız qaldığı üçün təkcə bir yol qalıbdır oda budur ki muraciətləri hazırlıyıb və Qum şəhərində Cəmkərandakı quyuya atmalıyıq bəklə beləliklə İmam zaman gəlib millətimizin muraciətlərini özü oxuyub və bu xəstə nümayəndəsi Ahmədinejadı bu xalqın başından uzaqlaşdira. çünkü Ayətullahol uzma Xameneidə bu nümayəndədən çəkilir və məncə bura kimi İranın başına Ahmədinejad böyüklükdə daş düşməmişdi. Ancaq farsın əgəmənliyindən qurtulmaq Türk millətinin gülcü səviyədə oyanıb və dərənməsinə ehtiyacı görünür. Ahmedinejad kimi sadist Türk millətinə qul olmağa belə ləyaqəti yoxdur hara ki ona president və başçı olsun.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar