SON XƏBƏRLƏR

Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır

2021.10.20, 07:36
Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır

Gunaz.tv
Azərbaycan Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini alqışlayır xezeribrahim150508.jpg Bakı. Laçın Sultanova - APA. “Türkiyə beynəlxalq aləmin ən məsuliyyətli üzvlərindən biri kimi regional təhlükəsizlik və əməkdaşlıqda, eyni zamanda önəmli beynəlxalq məsələlərdə böyük rol oynayır. Türkiyənin BMT Təhlükəsizlik Şurasında yer alması beynəlxalq münasibətlər baxımından çox mühüm hadisədir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim deyib. O, Türkiyənin Azərbaycana qardaş ölkə olduğunu xatırladaraq bu dövlətin BMT TŞ-yə üzv seçilməsini səmimi qəlbdən alqışladıqlarını bəyan edib: “İnanırıq ki, Türkiyə beynəlxalq münasibətlərə böyük töhfə verəcək”. Xatırladaq ki, BMT TŞ-nın 15 üzvü var. Onlardan 5-i daimi, 10-u isə müvəqqəti üzvlərdir. Müvəqqəti üzvlər 2 il müddətinə seçilir və hər il onlardan 5-i dəyişir. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar