SON XƏBƏRLƏR

“Ergenekon” məhkəməsi başladı və dayandı - FOTOLENT

2021.10.20, 07:36
“Ergenekon” məhkəməsi başladı və dayandı - FOTOLENT

Gunaz.tv
“Ergenekon” məhkəməsi başladı və dayandı - FOTOLENT erg-1.jpg erg-2.jpg erg-3.jpg erg-4.jpg erg-5.jpg erg-6.jpg erg-10.jpg erg-11.jpg erg-21.jpg Vəkillərin salona sığmadığını görən hakim iclas zalını boşaltmaq qərarı verdi İstanbulun 13 saylı Ağır Cinayətlərə dair Məhkəməsində “Ergenekon” prosesinin ilk günü uğursuz alınıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hakm Köksal Şengün vəkillərin onlar üçün ayrılan yerə sığmadıqları səbəbindən prosesi dayandırıb. Məhkəmə iclasının ilk günündə mətbuat nümayəndələrinin, ittiham edilənlərin vəkillərinin və prosesdə iştirak edənlərin sayının çoxluğu iclas salonunda sıxlığa səbəb olub. Bəzi vəkillər yaranmış situasiyanı nəzərə alaraq müdafiə prosesini həyata keçirməyin qeyri-mümkün olduğunu bildiriblər. Məhkəmə heyətinin sədri Köksal Şengün də salonda adamların çox olmasından məmnunluq duymadıqlarını bildirib. Bundan sonra o, vəkillərin onlar üçün ayrılan yerə sığmadıqlarını əsas gətirərək insanların salondan çıxmasını istəyib. Qeyd edək ki, proses zamanı İşçi Partiyasının və Atatürkçü Düşüncə Dərnəyinin üzvləri həbsxana binasının qarşısında etiraz aksiyasına başlayıblar. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar