SON XƏBƏRLƏR

PEKİNİN KEÇMİŞ VİTSE-MERİ GÜLLƏLƏNƏCƏK . Lyu Çjixyua korrupsiyada və rüşvət almaqda təqsirli bilinib

2021.10.20, 07:36
PEKİNİN KEÇMİŞ VİTSE-MERİ GÜLLƏLƏNƏCƏK . Lyu Çjixyua korrupsiyada və rüşvət almaqda təqsirli bilinib

Gunaz.tv
PEKİNİN KEÇMİŞ VİTSE-MERİ GÜLLƏLƏNƏCƏK Lyu Çjixyua korrupsiyada və rüşvət almaqda təqsirli bilinib Çinin paytaxtının keçmiş vitse-meri Lyu Çjixyua korrupsiayda və rüşvət almaqda təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Ölkənin rəsmi xəbər agentliyi “Sinxua” məlumat verib ki, keçmiş vəzifəli şəxs güllələnəcək. Araşdırma nəticəsində məlum olub ki, 1999-2006-cı illərdə Pekinin vitse-meri olan Çjixyua xidməti səlahiyyətlərindən torpaq maxinasiyaları və bank sahəsində bir sıra şəxsləri himayə etmək üçün istifadə edib. Bu vəzifədə olarkən vitse-mer öz sevgilisinin əliylə 1 milyon dollara yaxın rüşvət alıb. Onun sevgilisinin də adı cinayət işində keçir. Bildirilir ki, hökmün icrası məhkəmə qərarı ilə 2 illiyə təxirə salınıb. Çin hökuməti korrupsiyaya qarşı sərt mübarizə aparır, ildə orta hesabla 20 min məmur müxtəlif cəzalar alır. Ölkədə korrupsiyaya görə ən ağır cəza güllələnmədir. Buna baxmayaraq Çində korrupsiyanın kökünü kəsmək mümkün olmur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar