SON XƏBƏRLƏR

Makkeyn məğlubiyyətə hazırdır

2021.10.20, 07:36
Makkeyn məğlubiyyətə hazırdır

Gunaz.tv
Makkeyn məğlubiyyətə hazırdır makkeyn.jpg Respublikaçılar Partiyasının namizədi işini Senatda davam etdirəcək Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Con Makkeyn qarşıdan gələn seçkilərdə məğlub olacağını istisna etməyib. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, o, məğlub olduğu təqdirdə “özünə yazığı gəlməyəcəyini” bildirib. “Fox News” telekanalının mümkün məğlubiyyət barədə sualını cavablandıran Makkeyn deyib: “Əlbəttə, belə bir şey mümkündür. Amma mən diqqətimi mümkün məğlubiyyətə həsr etmirəm. Mən çox gözəl həyat sürmüşəm. Məğlub olsam, Arizonadakı çox gözəl ailəmin yanına qayıdacağam və ştatı ABŞ Senatında təmsil etməkdə davam edəcəyəm. Mən sizin müsahibə götürdüyünüz oğlanlar arasında ən uğurlusuyam. Con Makkeynə yazığınız gəlməsin, Makkeynin öz-özünə də yazığı gəlməyəcək”. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar