SON XƏBƏRLƏR

Milli Bank: “Maliyyə böhranı bizim üçün böyük təhlükə yaratmır”

2021.10.20, 07:36
Milli Bank: “Maliyyə böhranı bizim üçün böyük təhlükə yaratmır”

Gunaz.tv
Milli Bank: “Maliyyə böhranı bizim üçün böyük təhlükə yaratmır” Azərbaycanın heç bir bankının maliyyə gərginliyi yoxdur milli-bank.jpg “Dünyada baş verən iqtisadi böhran Azərbaycanın bank sistemi üçün böyük təhlükə yaratmır”. Lent.az-ın məlumatına görə, bu bəyanatla Azərbaycan Milli Bankının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, son günlər müəyyən qəzetlərdə guya ölkənin bir neçə iri bankının iflasa uğraması haqqında xəbərlər dərc olunur, bununla da ictimaiyyətə heç bir əsası olmayan məlumatlar çatdırılır: “Milli Bank bildirir ki, bu cür məlumatlar cəfəngiyatdan başqa bir şey deyil və Azərbaycan banklarının müsbət imicinə zərər gətirən şayiələrdir. Milli Bank ölkə ictimaiyyətini əmin edir ki, dünyada baş verən qlobal iqtisadi böhran görülmüş qabaqlayıcı tədbirlər, maliyyə bazarlarında tətbiq olunan çevik alətlər sayəsində dünya bazarlarına yeni inteqrasiya olunan Azərbaycan bank sistemi üçün böyük təhlükə yaratmır”. Milli Bank bir daha diqqətə çatdırıb ki, ölkə vətəndaşları heç bir əsası olmayan, süni gərginliyə və ajiotaja hesablanmış məlumatlara inanmasınlar. Azərbaycanın heç bir bankının maliyyə gərginliyi yoxdur və banklarımız normal iş rejimində fəaliyyətlərini davam etdirirlər. Nigar Məmmədli LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar