SON XƏBƏRLƏR

RUSİYADA 6 AZƏRBAYCANLI HƏLAK OLDU

2021.10.20, 07:36
RUSİYADA 6 AZƏRBAYCANLI HƏLAK OLDU

Gunaz.tv
RUSİYADA 6 AZƏRBAYCANLI HƏLAK OLDU Soydaşlarımız üçün qara gün 4 nəfər “KamAZ”ın altında qalaraq öldü, daha ikisi isə diri-diri yandı 1608.jpg Dünən Moskva “Dairəvi” yolunun 79-cu kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Rusiya informasiya kanallarının məlumatına görə, “Jiquli” ilə “KamAZ”ın toqquşması nəticədə minik maşındakı 4 nəfərin hamısı hadisə yerindəcə dünyasını dəyişib. Araşdırmalar zamanı məlum olub ki, onlar Azərbaycan vətəndaşlarıdır. Ölənlərin adları hələlik açıqlanmır. İlkin versiyaya görə, hadisəyə yüksək sürət səbəb olub. Dağıstanda isə iki Azərbaycan vətəndaşı yanaraq ölüb, bir neçəsi xəsarət alıb. Qax rayon sakinlərinin məlumatına görə, pul qazanmaq üçün Dağıstana gedən Zəyəm kənd sakinləri - Cabrayılov Nüsrət Zakir oğlu və İsmayılov Elvin Canpolad oğlu, həmçinin rayonun Şotavar kənd sakini Musayev Aqşin Vaqif oğlu və daha bir neçə azərbaycanlının Mahaçqalada kirayə qaldıqları evdə yanğın baş verib. Nəticədə N.Cabrayılov və A.Musayev aldıqları müxtəlif dərəcəli yanıq xəsarətlərindən keçiniblər. Dünən onların cənazələri Vətənə gətirilərək doğulduqları kənddə torpağa tapşırılıb. APA-nın Şəki-Zaqatala bürosunun yaydığı məlumata görə, yanğın zamanı xəsarət alan E.İsmayılov və digər azərbaycanlılar isə Bakı şəhərində xəstəxanaya yerləşdiriliblər. Qeyd olunur ki, azərbaycanlılar Mahaçqalada adı açıqlanmayan bir tikinti şirkətində çalışırmışlar. SEYMUR, VÜQAR musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar