SON XƏBƏRLƏR

İlham Əliyev səslərin 88.64 faizini toplayıb -MSK

2021.10.20, 07:36
İlham Əliyev səslərin 88.64 faizini toplayıb -MSK

Gunaz.tv
İlham Əliyev səslərin 88.64 faizini toplayıb -MSK _45112222_aliyev203b.jpg MSK-ya istinadən məntəqələrin 70 faizindən daxil olan məlumat İlham Əliyevin təxminən 90 faiz səs topladığını göstərir. İlkin nəticələrə əsasən, ikinci yerdə İqbal Ağazadə gəlir. O 3 faizdən az səs qazanıb. Mərkəzi Seçki Komissiyası seçkilərin açıq və ədalətli keçdiyini bildirir. Məzahir Pənahov bildirib ki, qaynar xətlə pozuntular barədə şikayətlər daxil olsa da yazılı müraciətlər qeydə alınmayıb. Seçki informasiya mərkəzinin məlumatına görə, İlham Əliyev səslərin 88.64 faizini, İqbal Ağazadə 2,87, Fazil Qəzənfəroğlu 2.5, Qüdrət Həsənquliyev 2.3, Qulamhüseyn Əlibəyli 2,25, Fuad Əliyev 0.78, Hafiz Hacıyev isə 0.65 faizini toplayıb. Prezidentliyə namizəd – “Ümid” partiyasının lideri İqbal Ağazadə bəyan edib ki, seçki kampaniyasının gedişində pozuntular olsa da "kütləvi" xarakter daşımayıb. Bəzi namizədlər məğlub olduqlarını etiraf edərək, İlham Əliyevi təbrik ediblər. Seçkiləri boykot edən müxalifət partiyaları səsverməni seçkilərin imitasiyası adlandırıblar. Aparıcı müxalifət partiyalarının nümayəndələri növbəti addımlarını müzakirə etmək üçün cümə axşamı toplantı keçirəcəklər. Bü gün seçkilərə dair ilkin dəyərləndirmələrlə beynəlxalq müşahidəçilərin açıqlamaları gözlənilir. Mətbuatı monitorinq edən qrupların əvvəl açıqladığı nəticələrə əsasən elektron medianın hamısında və çap mətbuatının əhəmiyyətli hissəsində İlham Əliyevin təbliğatı müqayisəsiz üstünlük təşkil edib.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar