SON XƏBƏRLƏR

Andreas Herkel: "Seçkilər tam demokratik olmadı"

2021.10.20, 07:36
Andreas Herkel: "Seçkilər tam demokratik olmadı"

Gunaz.tv
Andreas Herkel: "Seçkilər tam demokratik olmadı" 20070904182731herkel203.jpg "Ümid edirəm ki, bu boş hovuz əsl demokratik mühitlə dolacaq". Avropa Şurası Parlament Assambleyasınını müşahidə missiyasının rəhbəri Andreas Herkel Azərbaycanda oktyabrın 15-də keçirilmiş Prezident seçkilərinin nəticələrinə dair açıqlama verib. O, müşahidə missiyasının, bəzi irəliləyişlərə baxmayaraq, ümumi atmosferin tam demokratik seçkiləri özündə əks etdirmədiyi qənaətində olduğunu bildirib. Cənab Herkel deyib: "Elektron media seçki kampaniyasını balanslı şəkildə işıqlandırmadı, bununla da elektoratıın informasiya əsasında seçim etmək imkanlarını məhdudlaşdırdı". AŞPA müşahidə missiyasının rəhbəri belə bir müqayisə aparıb: "Bu seçkilərə başqa sözlə içərisi boş hovuzda yaxşı üzmək imkanı da demək olar. Ancaq biz bu ölkə ilə işləyirik və bizim daha böyük perspektivlərimiz var. Ümid edirəm ki, bu boş hovuz əsl demokratik mühitlə dolacaq". bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar