SON XƏBƏRLƏR

İqtisadi böhran Çini pis vurdu

2021.10.20, 07:36
İqtisadi böhran Çini pis vurdu

Gunaz.tv
İqtisadi böhran Çini pis vurdu chin-bayragi21.jpg Böhran səbəbindən sərgi və otellər boşalır, fabriklər bağlanır Bütün dünyanı təsiri altına alan qlobal maliyyə böhranı Çin iqtisadiyyatına da olduqca pis təsir edib. Böhran səbəbindən ölkədəki otellərin müştəriləri və təyyarələrin sərnişinlərinin sayı kəskin azalıb. Sərgilərə gələnlərin də sayı əhəmiyyətli dərəcədə aşağı düşüb. Çinin ən böyük sərgisi olan Kanton Sərgisi iqtisadi böhranın təsirinə daha çox məruz qalması ilə diqqət çəkir. Sərgi ilk dəfə olduqca az ziyarətçi ilə diqqət çəkir. Çində məşğulluq hökumətin ən böyük probleminə çevrilir. Rəsmilər etiraf edirlər ki, universitetdən yeni məzun olan milyonlarla çinliyə iş tapılması üçün Çinin ən az 8 faiz böyüməsi lazımdır. İnflyasiya və iqtisadiyyatın dirçəlməsindən ötrü hökumət kiçik və orta ölçülü layihələrə kredit dəstəyini artırmaq fikrindədir. Maliyyə böhranı səbəbindən Çindəki fabriklər bağlanmaqda davam edir. Çinin cənubundakı bir fabrikdə işləyən 1500 işçi başqa yerlərdə iş axtarmağa məcbur olacaqlar. «BEP İnternational Holdings Limited» adlı yerli şirkət də ixracatının böyük ölçüdə düşməsi səbəbindən Şenzen şəhərindəki fabrikini bağlayacağını açıqlayıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar