SON XƏBƏRLƏR

Türkiyədə 8 “Əl-Qaidə” üzvü saxlanıldı

2021.10.20, 07:36
Türkiyədə 8 “Əl-Qaidə” üzvü saxlanıldı

Gunaz.tv
Türkiyədə 8 “Əl-Qaidə” üzvü saxlanıldı elqa.jpg Türkiyənin İzmir bölgəsində “Əl-Qaidə” terror təşkilatının üzvü olduqları iddia edilən 8 nəfər tutulub. Lent.az-ın xəbərinə görə, polisin saxladığı bu şəxslər barəsində artıq məhkəmə həbs-qətimkan tədbiri seçib. Saxlanılanlardan ən böyüyünün 29, ən kiçiyinin isə 21 yaşı var. Onların yaxalanması üçün Türkiyə polisi xüsusi əməliyyat keçirib. LENT.AZ ---------------------------------------------------------------------- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub esgeratesh.jpg Ermənistan Silahlı Qüvvələrinin bölmələri pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ermənilər oktyabrın 19-da saat 23.15-dən 23.25-dək Ermənistanın Noyemberyan rayonunun Vazaşen kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində yerləşən mövqelərini, saat 14.00-dan 14.30-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 20.45-dək və oktyabrın 20-də saat 00.10-dan 00.21-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.10-dan 21.20-dək, 00.35-dən 00.55-dək və 03.05-dən 03.20-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Aşağı Əbdülrəhmanlı və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.30-dan 22.38-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar