SON XƏBƏRLƏR

ÖCALANIN HƏBSXANADA DÖYÜLMƏSİ XƏBƏRİ KÜRDLƏRİ AYAĞA QALDIRDI

2021.10.20, 07:36
ÖCALANIN HƏBSXANADA DÖYÜLMƏSİ XƏBƏRİ KÜRDLƏRİ AYAĞA QALDIRDI

Gunaz.tv
ÖCALANIN HƏBSXANADA DÖYÜLMƏSİ XƏBƏRİ KÜRDLƏRİ AYAĞA QALDIRDI Bir neçə şəhərdə PKK tərəfdarları iğtişaşlar törədiblər 1269.jpg Türkiyədə terrorçu Abdullah Öcalanın həbsxanada döyülməsi xəbərləri PKK tərəfdarı olan kürdləri ayağa qaldırıb. İstanbul, Diyarbəkir, Adana, Şanlıurfa və Hakkaridə kürdlər küçələrə çıxaraq iğtişaşlar törədib. “Milliyət” qəzetinin xəbərinə görə, İstanbulun Mustafa Kamal məhəlləsində icazəsiz aksiya keçirən PKK tərəfdarları iş yerlərinin pəncərələrini sındırıb, bir neçə avtomobili əzib və polisə “molotov kokteyli” atıblar. Adanada 40-dan çox PKK tərəfdarı Öcalanın müdafiəsinə yönələn aksiya keçirib, ərəb əsilli vətəndaşların yaşadıqları məhəlləyə çatan kürdlər onları seyr edənləri daşa basıb. Nəticədə məhəllədən 150-dək adam kürdlərə dəyənəklərlə hücum edib və dava başlayıb. Hadisəyə polis müdaxilə edib. Şanlıurfada isə küçələrə çıxan PKK tərəfdarları bir neçə avtomobili yandırıblar. Hakkaridə isə kürdlər gecə boyu bir neçə yerdə yanğınlar törədiblər. Bölgənin Yüksəkova qəsəbəsində isə kürdlər dükanlarını və iş yerlərini Öcalanın döyüldüyü haqda xəbərlərə etiraz olaraq bağlayıblar. Mersin şəhərində 50-dən çox PKK tərəfdarı polislə qarşıdurmaya girib. Batmanda isə kürdlərin Demokratik Toplum Partiyasının yerli qərargahının binasının açılış mərasimi Öcalanın lehinə aksiyaya çevrilib. Mərasimdə “Öcalansız dünyanı başınıza yıxarıq” deyə şüarlar səsləndirilib. DTP-nin başqan müavini Əminə Ayna bildirib ki, Öcalan kamerasının aranması bəhanəsiylə döyülüb: “Odla oynamayın, bu alov hər kəsi yandırar deyirik”. Diyarbəkirdə də Öcalanın lehinə aksiya olub. DTP tərəfindən təşkil olunan aksiyaya bu partiyadan olan millət vəkilləri və Diyarbəkirin bələdiyyə başqanı, PKK-ya açıq şəkildə yardım edən Osman Baydəmir də daxil olmaqla 2 minə yaxın kürd qatılıb. Yürüşdən sonra bir qrup PKK tərəfdarı polisləri daşa basıb, polis isə onlara gözyaşardıcı qazla cavab verib. Digər məlumata görə, Hakkaridə zirehli polis maşınının keçməsi zamanı uzaqdan idarə edilən bomba partladılıb. Nəticədə 2 nəfər yaralanıb. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar