SON XƏBƏRLƏR

RUSİYA DONANMASI SEVASTOPOLU TƏRK EDƏ BİLƏR

2021.10.20, 07:36
RUSİYA DONANMASI SEVASTOPOLU TƏRK EDƏ BİLƏR

Gunaz.tv
RUSİYA DONANMASI SEVASTOPOLU TƏRK EDƏ BİLƏR Əgər Ukrayna icarə müqaviləsini uzatmasa... 362.jpg Rusiyanın Qara dəniz donanması 2017-ci ildə Sevastopolu tərk edəcək. Rusiya baş nazirinin müavini Sergey İvanov BBC-yə eksklüziv müsahibəsində belə deyib. Onun sözlərinə görə, əgər Ukrayna hərbi-dəniz bazasının icarəsinə dair müqaviləni uzatmasa, Rusiya donanmanı Ukrayna ərazisindən çıxarmalı olacaq. Eyni zamanda İvanov qeyd edib ki, Rusiya müqavilənin uzadılmasına çalışacaq: “Mən Krımı sevirəm. Orada hətta qohumlarım yaşayır. Amma bu, Ukraynanın problemidir, Rusiyanın yox”. Millətçi ruslar və Sevastopol əhalisinin əhəmiyyətli hissəsi isə bu Qara dəniz limanını “rus şəhəri” hesab edir və onun 1954-cü ildə Ukraynaya verilməsinin qanuniliyinə şübhə edirlər. İvanov Rusiyanın Krımı zorla almaq planları barədəki söz-söhbəti “soyuq müharibə üslubunda təbliğat” adlandırıb: “Biz təcavüzkar siyasət yeritmirik. Biz bütün sabiq sovet respublikalarının ərazi bütövlüyünü tanımışıq. Heç birinə qarşı ərazi iddiasına malik deyilik. Heç kimin üzərinə hücum etməyi və ya müharibəyə başlamağı planlaşdırmırıq. Hazırda Rusiya heç kimlə müharibə aparmır. Bunu ABŞ və Britaniyanın apardıqları müharibələrlə müqayisə edə bilərsiniz”. Müsahibə zamanı baş nazirin müavini Rusiyanın Gürcüstanla münaqişə zamanı atdığı addımları müdafiə edib, NATO-nun şərqə doğru genişlənmək planlarını qınayıb və Şərqi Avropada raket sipəri qurmaq ideyasını pisləyib. Eyni zamanda o, Çexiya və Polşaya raket zərbəsi barədə rus hərbçilərinin son aylarda irəli sürdükləri mükalimələri “cəfəngiyat” adlandırıb: “Rusiya mütləq reaksiya verməlidir. Amma bu o demək deyil ki, biz Çexiya və Polşaya nüvə zərbələri endirəcəyik. Bu, tam cəfəngiyatdır.”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar