SON XƏBƏRLƏR

Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarını təsdiqlədi

2021.10.20, 07:36
Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarını təsdiqlədi

Gunaz.tv
Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarını təsdiqlədi 20041222121704msk-1.jpg Azərbaycan Mərkəzi Seçki Komissiyası bazar günü keçirdiyi iclasında 15 oktyabr prezident seçkilərinin nəticələrini təsdiq edib və onları təsdiqlənmək üçün ölkənin Konstitusiya Məhkəməsinə göndərib. Yekun nəticələrə görə, Azərbaycanın hazırkı prezidenti İlham Əliyev seçicilərin 88.73 faizinin səsini toplayıb. İkinci yeri 2, 86 faiz səslə Ümid partiyasının lideri İqbal Ağazadə tutub. Böyük Quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu 2, 47 faiz səslə üçüncü nəticə göstərib. MSK sədri Məzahir Pənahov deyib ki, bəzi pozuntulara görə səkkiz məntəqədə seçkilərin nəticələri etibarsız sayılıb. Konstitusiya Məhkəməsi dörd gün içində seçkilərin nəticələrinə dair rəy bildirməlidir. Bundan üç gün sonra isə prezidentin andiçmə mərasimi keçirilməlidir.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar