SON XƏBƏRLƏR

Rusiya prezidentinin Yerevana ilk səfəri

2021.10.20, 07:36
Rusiya prezidentinin Yerevana ilk səfəri

Gunaz.tv
Rusiya prezidentinin Yerevana ilk səfəri 20080828131912medvedev203.jpg Dmitri Medvedev Rusiya prezidenti Dmitri Medvedev bu gün(20 oktyabr) 2 günlük rəsmi səfərlə Yerevana gəlir. Rusiyanın İTAR-TASS xəbərlər agentliyinə əsasən, Dmitri Medvedevin Ermənistan prezidenti Serj Sarkisyanla danışıqları zamanı Qafqazdakı problemlərin həlli prosesində Rusiya-Ermənistan əməkdaşlığının istiqamətləri müzakirə olunacaq. Bu, Rusiya və Ermənistan prezidentlərinin bu il ərzində sayca 5-ci görüşü olacaq. Lakin Dmitri Medvedev ilk dəfədir ki, Yervana gəlir. Bundan əvvəl onun Bakıya Yerevandan öncə səfəri Ermənistan təhlilçiləri arasında Rusiyanın Cənubi Qafqazda yeni prioritetlər qurması barədə fərziyyələrə səbəb olmuşdu. Yerevanda prezidentlərin təkbətək görüşündən sonra danışıqlara hər iki ölkənin nümayəndə heyətləri qoşulacaq. İkitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanacağı gözlənilir. D.Medvedev və S.Sarkisyan Yerevanda Rusiya Meydanı habelə mədəniyyət və biznes mərkəzi olacaq Moskva Evinin açılışı mərasimində də iştirak edəcəklər.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar