SON XƏBƏRLƏR

Bu gün Türkiyədə «Ergenekon»çuların məhkəməsi başlayır

2021.10.20, 07:36
Bu gün Türkiyədə «Ergenekon»çuların məhkəməsi başlayır

Gunaz.tv
Bu gün Türkiyədə «Ergenekon»çuların məhkəməsi başlayır ergenekon-21.jpg Məhkəmə ölkə mətbuatının diqqətindədir Türkiyədə uzun aylardan bəri davam edən «Ergenekon» iddianaməsi üzrə məhkəmə bu gün başlayır. Türkiyə mətbuatının verdiyi xəbərə görə, 46 məhbus, 86 şübhəlisi olan cinayət işində təqaüdçü ordu generalı Vəli Kiçik Paşanın, siyasətçi Doğu Perinçəkin, «Respublika qəzeti»nin redaktoru İlhan Səlcuqun, İstanbul Universitetinin keçmiş rektoru Kamal Yalçın Alemdaroğlunun da adları var. Şübhəlinin mühakimə olunacağı Silivri cəzaçəkmə müəssisələrinin qarşısında polis dəstələri dayanıb. Məhkəmə prosesi Türkiyə mətbuatının böyük diqqət mərkəzindədir. İddiaya əsasən, həbs edilənlərin terror təşkilatı yaratmaqda, hakimiyyəti devirməyə cəhddə günahlandırılaraq ağır həbs cəzalarına məhkum edilməsi istənilir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar