SON XƏBƏRLƏR

Xəzər İbrahim: Dağlıq Qarabağa Rusiya ordusunun yerləşdirilməsi gündəmdə deyil

2021.10.20, 07:36
Xəzər İbrahim: Dağlıq Qarabağa Rusiya ordusunun yerləşdirilməsi gündəmdə deyil

Gunaz.tv
xezer_ibrahim_21_01_08.jpg Xəzər İbrahim: «Bu, sadəcə bir fərziyyədir» «Ermənistan ordusunun Dağlıq Qarabağdan çıxarılaraq, əvəzinə Rusiya ordusu və sülməramlılarının yerləşdirilməsi kimi məsələ gündəmdə deyil. Bu, sadəcə bir fərziyyədir». Bunu ANS TV-yə müsahibəsində Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bildirib. Onun sözlərinə görə, rus və erməni mətbuatı bu xəbəri rəsmən təsdiqləmədən onun ətrafında süni polemika yaradıb. Xarici İşlər Nazirliyi rəsmisi bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində münaqişənin həllini mümkün sayır. O ki qaldı Dağlıq Qarabağ münaqişəsinin yaxın zamanlarda həllinə, Xəzər İbrahimin sözlərinə görə, əgər danışıqlar prosesində hətta bir məqam belə razılaşdırılmayıbsa, deməli tərəflər ümumi razılıq hələ əldə etməyiblər. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar