Ceyhun Bayramov Türkiyəyə səfər edib
Qəzvinli fəal həbs edildi
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
Tramp İranla müharibəni çox qısa müddətdə başa çatdırmaq niyyətindədir
İran polisi daha bir bəlucu öldürdü
İran məhkəməsi daha bir bəhaiyə ağır həbs cəzası verdi
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
İran Əmək Nazirliyinin rəsmisi ilin sonunadək 1 milyon 400 min iş yerinin itirilməsi təhlükəsi barədə xəbərdarlıq edib
Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
ABŞ-dakı prezident seçkilərindən sonra İraqın şimalında möhkəmlənmiş PKK terror təşkilatının fəaliyyətinə son qoymaq üçün Vaşinqton Türkiyəyə daha əlverişli imkanlar yarada bilər. «ABŞ-dakı siyasi dəyişiklik Ankaranın İraqın Şimalında möhkəmlənmiş PKK-nın fəaliyyətinə son qoyması üçün əlverişli şərait yarada bilər», - deyə James Ker-Lindsay (Senior Research Fellow of Hellenic Observatory, European Institute London School of Economics and Political Science) cümə axşamı Trend News-a bildirib. İraqın kürd administrasiyası ABŞ-dakı prezident seçkilərində Demokratların qalib gələcəyi təqdirdə Türkiyənin PKK məsələsində təzyiqlərini daha da artıracağından ehtiyat edir. Bu haqda Türkiyənin «Milliyət» qəzeti oktyabrın 15-i məlumat verib. Şimali İraq və Cənub-Şərqi Türkiyə ərazisində yaşayan kürdlər arasında 1980-ci ildən etibarən başlayan separatçı meyllərə Səddam Hüseyn rejimi tərəfindən sərt şəkildə təzyiqlər göstərildi. Səddam rejiminin 1988-ci ilin martın16-da keçirdiyi etnik təmizləmə nəticəsində kürdlərin kompakt yaşadığı Hələbçədə beş mindən artıq dinc sakin kimyəvi bombalarla qətlə yetirildi. PKK terror təşkilatı 1980-ci illərdən başlayaraq Türkiyə ərazisində hərbçilərə və dinc əhaliyə qarşı terror aksiyaları həyata keçirir. Səddam rejimi dövründə ciddi siyasi maneələrlə üzləşmədən şimali İraq ərazisindəki PKK terrorçularına qarşı hərbi əməliyyatlar keçirən Türkiyə 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra böyük problemlərlə rastlaşıb. Səddam rejiminin devrilməsində Amerikaya ciddi dəstək verən İraq kürdləri bu ölkənin işğalından sonra buradakı siyasi mövqelərini möhkəmləndirmək üçün böyük imkanlar əldə etdilər. Kürdlər İraqın şimalında Məsud Bərzaninin rəhbərliyi ilə regional kürd administrasiyası yaratmaqla bərabər mərkəzi İraq hökumətində də əhəmiyyətli mövqelər tutdular. Bu mənada kürd əsilli Cəlal Təlabaninin İraq hökumətinin prezidenti seçilməsi kürdlər üçün ən ciddi uğurlardan biri oldu. Bütün bunlar Türkiyənin PKK əleyhinə keçirdiyi hərbi əməliyyatlarda həm İraqda, həm də ABŞ-da ciddi siyasi maneələrlə qarşılaşmasına səbəb oldu. Türkiyənin PKK ilə mübarizədə qətiyyət göstərməsi ona məhdud çərçivədə ABŞ-ın dəstəyini qazandırsa da, İraqın şimalına quru qoşunların müdaxiləsinə ABŞ tərəfindən ciddi əngəllər törədilir. Eyni zamanda, kürd administrasiyası da Türkiyənin şimali İraq ərazisinə hərbi müdaxiləsinin əleyhinə olduğunu dəfələrlə bəyan edib. Lakin son zamanlarda kürd liderlərinin PKK terrorunu pisləyən bəyanatlarla daha çox çıxış etdikləri müşahidə olunur. İraqdakı Kərkük Strateji Araşdırmalar Mərkəzinin direktoru Əhməd Taqi kürd liderlərində müşahidə olunan PKK əleyhdarlığının ABŞ-dakı prezident seçkilərindən sonra Vaşinqtonda da güclənəcəyini hesab edir. “İraqda kürd administrasiyası ilə radikal milliyyətçi kürdlər arasında siyasi ziddiyyətlər güclənir. Ona görə də məncə, ABŞ-dakı prezident seçkilərindən sonra Vaşinqtonun siyasətində dəyişikliklər olacaq və bu, PKK-nın rolunun və imkanlarının azalması ilə nəticələnəcək”, - deyə Taqi cümə axşamı Trend News-a bildirib. Ekspert hesab edir ki, ABŞ PKK ilə mübarizə aparmaq üçün kürd administarsiyasına dəstək verəcək. Bu dəstək kürd administrasiyanın PKK-ya qarşı mübarizədə hətta Türkiyəyə də kömək göstərməsini təmin edəcək. Türkiyənin xarici siyasət məsələləri üzrə ekspert Soner Çağaptay da Amerikadakı prezident seçkilərindən sonra PKK ilə mübarizədə Türkiyəyə verilən dəstəyin artıralacağını düşünür. O hesab edir ki, prezidentliyə namizəd Con Makkeyn və Barak Obama bu məsələdə fəqli metodlardan istifadə edəcəklər. «Makkeyn terrorla mübarizədə Türkiyəyə dəstək verməyə davam edəcək. Obama isə hazırkı əməkdaşlığı davam etdirməklə bərabər, məsələnin həllində siyasi vasitələrdən də effektli şəkildə istifadə etməyə çalışacaq», - deyə ekspert cümə axşamı Trend News-a bildirib. ABŞ-dakı prezident seçkilərinin Türkiyə ilə şimali İraqdakı kürd administrasiyası arasındakı əlaqələrə ciddi təsir göstərəcəyi gözlənilmir. Bu əlaqələrdə ABŞ-ın mövqeyi əhəmiyyətli rol oynasa da, regional məsələlər daha həlledici amil hesab olunur. «Şimali İraqın kürd administrasiyası başa düşür ki, Türkiyə əleyhinə yönələn PKK terrorizminin əleyhinə olduğunu göstərməlidir. Türkiyə və İraqın kürd administrasiyası PKK-ya görə münasibətlərini gərginləşdirmək istəmirlər», - deyə amerikalı ekspert Michael Gunter cümə axşamı Trend News-a bildirib (Professor of Political Science Tennessee Technological University USA). Rəsmi Vaşinqton Türkiyənin PKK ilə mübarizəsinə bəzi məqamlarda ciddi köməklər göstərmişdir. 1999-cu ildə PKK lideri Abdulla Öcalanın həbs edilməsində ABŞ kəşfiyyatı həlledici rol oynamışdı. 2003-cü ildə Türkiyə parlamenti ABŞ-ın İraqa hərbi müdaxiləsində Türkiyə ərazisindən istifadə etməsini rədd etdikdən sonra iki ölkə arasında siyasi gərginlik yarandı. Lakin 2007-ci ilin əvvəlindən etibarən ABŞ ilə Türkiyə arasında PKK-ya qarşı birgə mübarizə məsələsində yeni bir mərhələ başladı. Yeni mərhələdə ABŞ PKK haqqındakı kəşfiyyat xəbərlərini Türkiyəyə təqdim etməyi öhdəsinə götürdü. Eyni zamanda İraqın şimalındakı PKK düşərgələrinə hava zərbələri endirmək üçün Türkiyəyə lazımi şərait yaradıldı. Lakin ABŞ-ın Ankaraya PKK ilə mübarizədə göstərdiyi dəstək terror təşkilatının təm məhvi üçün yetərli olmadı. Oktyabrın 3-də Türkiyənin İraqla sərhəd Aktütün məntəqəsində PKK-nın 17 türk əsgərini qətlə yetirməsi bu terror təşkilatının fəaliyyətinə birdəfəlik son qoymaq məsələsini yenidən gündəmə gətirdi. Türkiyə mətbuatının verdiyi məlumata görə, bu günə qədər PKK-nın keçirdiyi terror aksiyaları nəticəsində 30 min Türkiyə vətəndaşı qətlə yetirilib. trend
Türkiyədə Cümhuriyyət Günü qeyd olunur
İran polisi daha bir bəlucu öldürdü
İsrail və ABŞ razılaşıb: İrana genişmiqyaslı hücum bərpa ediləcək
Türkiyədə ABŞ İran arasında görüş keçirilməsi təklif edilib
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Iranda daha altı məhbus edam edilib
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İran agentlərinin ABŞ ərazisində olması ehtimalı yüksəkdir- New York Times
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
Urmiya gölünün son vəziyyəti açıqlandı
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb