SON XƏBƏRLƏR

Azərbaycan əhalisinin sayı 8 milyon 700 min nəfərə çatıb

2021.10.20, 07:36
Azərbaycan əhalisinin sayı 8 milyon 700 min nəfərə çatıb

Gunaz.tv
Azərbaycan əhalisinin sayı 8 milyon 700 min nəfərə çatıb insanlar171008.jpg Bakı. İlhamə İsabalayeva – APA-ECONOMICS. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan əhalisi 0,8% və ya 69 min nəfər artıb. Dövlət Statistika Komitəsindən «APA-ECONOMICS»ə bildirilib ki, 2008-ci ilin oktyabr ayının 1-nə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 8,699 mln. nəfərə çatıb. Əhalinin 4,501 mln. nəfəri (51,7%) şəhər, 4,198 mln. nəfəri (48,3%-i) isə kənd sakinidir. Ölkə əhalisinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Hazırda hər 1000 nəfər kişiyə 1027 qadın düşür. Əhalinin 23%-i 0-14 yaşda, 70%-i 15-64 yaşda, 7%-i 65 və yuxarı yaşda olanlardır. Əhalinin 31,2%-i 14-29 yaşda olan gənclərdir. Əhalinin orta yaşı 32, doğulanda gözlənilən ömür uzunluğu 72,4, o cümlədən kişilər üçün 69,7, qadınlar üçün 75,1 yaşdır. Bu il Azərbaycanda 107,9 min, gündə təxminən 394 körpə doğulub. Onların 53,6%-i oğlan, 46,4%-i qızdır. Körpələrin 1110-u əkiz, 13-i üçəmdir. Nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı bir qədər azalaraq diri doğulanlarının 10%-ni təşkil edib. Doğulan oğlan uşaqlarına ən çox Əli, Murad, Məhəmməd, Hüseyn və Nihad, qız uşaqlarına isə Fatimə, Nərmin, Fidan, Zəhra və Nuray adları qoyulub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə doğulanların sayı 17,4-dən 16,8-ə, ölənlərin sayı isə 6,4-dən 6,2-ə qədər azalıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar