SON XƏBƏRLƏR

DANİEL FRİD İRƏVANA GEDİB . ABŞ Ermənistanda güclənməyə çalışır

2021.10.20, 07:36
DANİEL FRİD İRƏVANA GEDİB . ABŞ Ermənistanda güclənməyə çalışır

Gunaz.tv
DANİEL FRİD İRƏVANA GEDİB ABŞ Ermənistanda güclənməyə çalışır 1128.jpg Dünən axşam ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Daniel Frid Ermənistana səfərə gəlib. Səfərlə bağlı ABŞ-ın İrəvandakı səfirliyindən yayılan açıqlamada deyilirdi ki, Frid ölkənin ali siyasi rəhbərliyi, müxalifət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşəcək. Görüşlər zamanı regional təhlükəsizlik məsələləri, ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə olunacaq. Qeyd edək ki, ABŞ dövlət katibinin müavininin səfəri Rusiya prezidenti Dmitri Medvedyevin İrəvana səfərindən cəmi 2 gün əvvələ təsadüf edir. Lakin bunu təsadüf adlandırmaq çətindir, belə görünür ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda mövqelərini gücləndirən Rusiyanı qabaqlamaq üçün öz yüksək rütbəli nümayəndəsini İrəvana göndərməyi qərara alıb. Bu səfərin təcili xarakter daşıması həm də onunla izah oluna bilər ki, Ermənistanın baş naziri Tiqran Sərkisyan ABŞ-a səfərini təzəcə başa vurub. Bu günlərdə Vaşinqtonda olan Sərkisyan vitse-prezident Dik Çeyni, bir gün əvvəl isə dövlət katibi Kondoliza Raysla görüşmüşdü. Həmin görüşlər zamanı Ermənistanın baş naziri ABŞ-ın Qarabağ münaqişəsinin həllində indiki mövqeyindən narahatlığı çatdırıb. Birləşmiş Ştatlar Rusiyanın Gürcüstana müdaxiləsindən və onun iki separatçı bölgəsini tanıma qərarından sonra Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu bir neçə dəfə bəyan edib. Bu mövqe isə İrəvanda narahatlıq yaradır. Artıq Ermənistanda hesab edirlər ki, ABŞ Qarabağ məsələsində Azərbaycanın tərəfindədir. Xatırladaq ki, Qafqazda baş verən son hadisələrdən sonra bu cür bir-birini qabaqlamaq məqsədi daşıyan səfərlər birinci dəfə deyil. Məsələn, ABŞ vitse-prezidenti Dik Çeyni Bakıya səfəri zamanı prezident İ.Əlyevlə görüşən kimi Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycan dövlət başçısına zəng etdi. Ardınca Əliyev Moskvaya dəvət olundu. Yaxud ABŞ dövlət katibinin birinci müavini Con Neqrapontenin Bakıya səfəri ilə eyni vaxtda Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana ezam olunmuşdu. İndi isə ABŞ Rusiya prezidentinin səfərinə iki gün qalmış Daniel Fridi İrəvana ezam edib. Gözlənilir ki, hər iki səfərdə əsas müzakirələr Qarabağ münaqişəsi üzərində qurulacaq. F.MƏMMƏDOV Xəbər xidməti

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar