SON XƏBƏRLƏR

İrana gedərkən nə götürməli?

2021.10.20, 07:36
İrana gedərkən nə götürməli?

Gunaz.tv
İrana gedərkən nə götürməli? İrana gedərkən nə götürməli? İranın iqtisadi vəziyyətinin pisləşməsi bu ölkəyə səfərə gedən xaricilərin xüsusi hazırlıqlar görməsi zərurətini doğurur. BMT-nin sanksiyaları və zəif iqtisadiyyat ölkəni elə vəziyyətə gətirib çıxartmışdır ki, Iran vətəndaşları hətta gündəlik tələbat malları olan çörək, benzin və elektrik enerjisi almaqda çətinlik çəkirlər. Qəribədir ki, İran həm neft hasil edən ölkələrin siyahısında dördüncü yeri tutur, lakin eyni zamanda dünyanın ən çox neft idxal edən ölkələrindən bir hesab edilir. Çünki, ölkənin neft istehsalı yerli tələbatı ödəmir. Hakimiyyət tərəfindən subsidiya olunmuş benzin ucuzdur, lakin həddindən artıq qənaətlə verilir. Normada nəzərdə tutulmuş miqdardan artıq hər bir litr üçün qiymət adi qiymətdən 4 dəfə bahadır. Bu isə ona səbəb olur kixaricdən, o cümlədən Azərbaycandan bu ölkəyə gələnlər məcbur olurlar ki, benzini ən yüksək qiymətlə alsınlar - əlbəttə ki, tapsalar. Bundan əlavə, May ayından başlayaraq, İranın Enerji nazirliyi, şəhərlərdə elektrik enerjisinin verilməsinin qəflətən kəsiləcəyi barədə dəfələrlə əhalini xəbərdarlıq etmişdir. Əvvəllər istehlakçılar elektrik enerjisindən növbə ilə məhrum olurdularsa, indi belə hallar demək olar ki, gündəlik baş verir. Enerji nazirinin müavini Məhəmməd Əmədiyanın dediyinə əsasən, yaxın zamanlarda vəziyyət daha da kəskinləşəcəkdir. Əmədiyan öz müsahibəsində bildirmişdir ki, elektrik enerjisinin kəsilməsi “ölkədə havanın temperaturunun dəyişməsi ilə əlaqədar olaraq daha da intensivləşə bilər”. Əmədiyan onu da qeyd etmişdir ki “elektrik enerjisini istehsal etmək üçün bütün imkanlar demək olar ki tükənmişdir, hakimiyyət, elektrik enerjisinin verilməsində olan fasilələr və əhalinin bundan əziyyət çəkməsi barədə xəbərdardır”. Hal-hazırda o, vətəndaşlara yalnız fənər və radio qəbuledicilər üçün batareya almağı məsləhət görə bilər – çünki nazirlik, vəziyyətin yaxşılaşdırılması üçün heç bir addım atmaq imkanında deyildir. İrana getmək istəyən xaricilərə özləri ilə nəinki batareya, həmçinin benzin üçün balon və çörək götürmələri də məsləhət olunur. Ticarət nazirinin müavini Məcid Parsaniya təsdiq etdi ki, artıq İran öz ölkəsini taxıl ilə təmin etmək iqtidarında deyildir. Taxılın çatışmamazlığı 60 milyon tondur və bu o deməkdir ki, İran taxıl idxal etməyə məcbur olacaqdır. Nə qədər ki, taxıl idxal olunmayacaq, çörək bu ölkədə sanki qızıl sayılacaqdır. Müşahidələr göstərir ki, BMT-nin sanksiyaları ölkəni elə bir vəziyyətə salıb ki, İran neft istehsalında istifadə olunan avadanlıqların və elektrik stansiyaların təmiri üçün lazım olan pul yatırımlarından məhrum olmuşdur. Hətta buğdanın alınması belə problemə çevrilmişdir. Bütün bu problemlər həll olunmayana qədər, İrana səfər edən xaricilər üçün xüsusi hazırlıqlar vacib hesab olunur. Çünkü bu ölkədə xüsusi məhrumiyyətlərlə istənilən an qarşılaşa bilərlər. dak

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar