SON XƏBƏRLƏR

MEDVEDYEV ERMƏNİSTANA GEDƏCƏK . Kreml Azərbaycandakı seçki prosesinin başa çatmasından sonra Əliyevlə Sərkisyanı görüşdürmək istəyir

2021.10.20, 07:36
MEDVEDYEV ERMƏNİSTANA GEDƏCƏK . Kreml Azərbaycandakı seçki prosesinin başa çatmasından sonra Əliyevlə Sərkisyanı görüşdürmək istəyir

Gunaz.tv
MEDVEDYEV ERMƏNİSTANA GEDƏCƏK Kreml Azərbaycandakı seçki prosesinin başa çatmasından sonra Əliyevlə Sərkisyanı görüşdürmək istəyir 5398.jpg Rusiya prezidenti Dmitri Medvedyev Ermənistana səfər edəcək. “Novosti Armeniya” agentliyinin məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər. Rusiya prezidentinin səfəri 20-21 oktyabr tarixində baş tutacaq. Kreml rəsmiləri bildirirlər ki, Dmitri Medvedyev İrəvanı Ermənistan prezidenti Serj Sərkisyanın dəvətilə ziyarət edəcək. Səfər zamanı ikitərəfli münasibətlərə dair geniş spektrdə məsələlər müzakirə olunacaq. Bu, Medvedyevin prezident olduqdan sonra İrəvana ilk səfəridir. Şübhə yoxdur ki, danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər də əsas yer tutacaq. Çünki Rusiya prezidenti Azərbaycan dövlət başçısı İlham Əliyevin Moskvaya səfəri zamanı bəyan etmişdi ki, o, münaqişənin həllinə dair səyləri artıracaq. Həmçinin rəsmi Moskva Azərbaycandakı prezident seçkilərindən sonra Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etmək üzərində işləyir. Bu görüş istər Minsk Qrupu çərçivəsində, istərsə də Moskvanın təkbaşına vasitəçiliyi çərçivəsində baş tuta bilər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə bəyan edib ki, münaqişənin həlli ilə bağlı danışıqlarda bir sıra prinsiplər razılaşdırılıb, razılaşdırılmamış qalan 2-3 məsələyə isə Azərbaycandakı seçkilərdən sonra prezidentlərin görüşündə baxılacaq. Ermənistanın xarici işlər naziri Edvar Nalbəndiyan isə onun sözlərini şərh edərək həll olunmamış məsələlərdən birinin Dağlıq Qarabağın statusu olduğunu deyib. Qeyd edək ki, Gürcüstan ətrafındakı hadisələrdən sonra istər Vaşinqton, istərsə də Moskva bir-birindən ayrı şəkildə Qarabağ məsələsində daha fəal mövqe tutmağa başlayıblar. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar