SON XƏBƏRLƏR

Təbrizli tələbələr qanunsuz həbsdə saxlanılır

2021.10.20, 07:36
Təbrizli tələbələr qanunsuz həbsdə saxlanılır

Gunaz.tv
Təbrizli tələbələr qanunsuz həbsdə saxlanılır Təbrizdə yaxalanan Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı qanunsuzluq davam edir. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, üç aydan artıqdır ki, məhkəməsi keçirilməyən hərəkatçılar hələ də Təbriz həbsxanasında saxlanılırlar. Son məlumata görə, həbsdə olan məhbuslardan yalnız biri Məcid Makuyi karantində saxlanılır. Dərslər başlansa da, tələbələr təhsildən bilərəkdən uzaq salınırlar. Səccad Radmehr, Aydın Xaceyi və Fərəc Zöhtabdan ümumiyyətlə, xəbər yoxdur. Dariuş Hatəminin də vəziyyəti ağırdır. olaylar ------------------------------------------------------------------- Hərəkatçıya mənəvi işgəncə verilir Hakimiyyət orqanları Tarverdi Əkinçioğluna dinclik vermirlər Meşkinin hakimiyyət orqanları Milli Hərəkat fəalı Tarverdi Əkinçioğluna təzyiq edirlər. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "OLAYLAR"a daxil olan məlumata görə, hərəkatçını dəfələrlə ETTELAAT-a çağırıblar. Məlumata göər, hərəkatçıya ruhi və mənəvi işgəncə verməklə yolundan çəkindirməyə çalışırlar. ETTELAAT-dan bildiriblər ki, yaxın günlərdə onun işinə İnqilab Məhkəməsində baxılacaq.olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar