SON XƏBƏRLƏR

Türkiyə ordusunun Şimali İraqda keçirdiyi növbəti əməliyyat başa çatıb

2021.10.20, 07:36
Türkiyə ordusunun Şimali İraqda keçirdiyi növbəti əməliyyat başa çatıb

Gunaz.tv
Türkiyə ordusunun Şimali İraqda keçirdiyi növbəti əməliyyat başa çatıb 20081018143813_1.jpg “Yeni Şərq”in xəbər agentliklərinə istinfdən verdiyi məlumata əsasən, Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda keçirdiyi növbəti əməliyyat başa çatıb. Silahlı Qüvvələrin Baş Qərargahından verilən məlumata görə, Şimali İraqın Qəndil dağlarında müəyyənləşdirilən və PKK/KONTRA-GEL terror təşkilatına aid hədəflər məhv edilib: "Oktyabrın 17-də günün ilk yarısında başlayan hərbi əməliyyatlar uğurla başa çatıb və qırıcı təyyarələrimiz hərbi bazalarımıza geri qayıdıb. Həyata keçirilən bu əməliyyatda həmişəki kimi hədəfimiz sadəcə PKK/KONTRA-GEL terror təşkilatı olub və bu əməliyyatlarda mülki əhaliyə zərər dəyməməsi üçün maksimum diqqət yetirilib”. Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar