SON XƏBƏRLƏR

BTC ilə daşınacaq Qazaxıstan neftinin həcmi artırılıb

2021.10.20, 07:36
BTC ilə daşınacaq Qazaxıstan neftinin həcmi artırılıb

Gunaz.tv
BTC ilə daşınacaq Qazaxıstan neftinin həcmi artırılıb 20081018145602_1.jpg “Yeni Şərq”in xəbər agentliklərinə istinfdən verdiyi məlumata əsasən, Qazaxıstanın «Tengiz» yatağında hasil olunan neftin yaxın günlərdə Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixracına başlanacaq. Bu barədə “Nezavisimaya gazeta”ya bp şirkətindən məlumat verilib. bp şirkətinin operatoru olduğu layihə əsasında, kəmərə vurulacaq Qazaxıstan nefti Aktaudan Azərbaycana tankerlər vasitəsi ilə çatdırılacaq. Qazaxıstan neftinin noyabrın ortalarında Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanında tankerlərə yüklənməsinə nəzərdə tutulur. bp-dən bildirib ki, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə ixrac edilən Qazaxıstan neftinin ilkin həcm ildə 2 mln. tondan 5 mln. tona qədər artırılıb, gələcəkdə isə bu rəqəmin 20 mln. tona çatdırılması planlaşdırılır. İxrac olunacaq neftin həcminin artırılması həm ABŞ və Avropa İttifaqı ölkələri, həm də Qazaxıstanın maraqlarındadır. Bu arada Qazaxıstanın baş naziri Kərim Məsimov Qazaxıstanın enerji daşıyıcılarının dünya bazarlarına nəqlində çox istiqamətlilik prinsipinin tərəfdarı olduğunu bildirib, bu sırada diqqəti Azərbaycan və Gürcüstan istiqamətlərinə yönəldib. Qeyd edək ki, Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə dünya bazarlarına çatdırılması prosesində son və mühüm addım Xəzər dənizinin dibi ilə çəkilməsi nəzərdə tutulan boru kəmərlərin tikintisi olacaq. Hazırda bu layihənin texniki-iqtisadi əsaslandırması üzərində işlər aparılır. Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar