SON XƏBƏRLƏR

Amerika-İraq razılaşması layihəsi müzakirə olunur

2021.10.20, 07:36
Amerika-İraq razılaşması layihəsi müzakirə olunur

Gunaz.tv
Amerika-İraq razılaşması layihəsi müzakirə olunur 20081017032312iraq.jpg Amerika Birləşmiş Ştatları və İraq arasında Amerika qüvvələrinin gələcək statusuna dair razılaşma layihəsi Vaşinqtonda Konqress liderləri tərəfindən müzakirə olunmaqdadır. Razılaşma layihəsi Amerika qüvvələrinin 3 il ərzində İraqdan çıxarılmasını nəzərdə tutur. Rəsmi şəxslərin dediyinə görə, qüvvələrin İraqdan çıxarılması artıq gələn ilin ortalarında başlaya və 2011-ci ilə qədər başa çata bilər. Bundan başqa, müzakirələr əsnasında Amerika qüvvələrinin mandatı başa çatdıqdan sonra, bu isə ilin sonuna yaxın gözlənilir, onların İraqdakı vəzifələri məsələsi qaldırılır. Bu arada, Vaşinqtondakı rəsmi mənbələrin xəbər verdiyinə görə, Amerikanın dövlət katibi Kondoliza Rays Bağdad rəhbərliyini layihə Vaşinqtonda tam razılaşdırıldıqdan sonra sənədi qəbul etməyə inandırmağa çalışır. Yekun razılaşma qüvvəyə minməzdən əvvəl üç İraq instansiyası: Kabinet, Prezident Şurası və Nümayəndələr Şurası tərəfindən təsdiq edilməlidir. İraqdakı radikal şiə lideri Möqtəda Əs-Sədr razılaşma layihəsinin əleyhinə çıxış edib. Bu şənbə günü böyük nümayişin keçirilməsinə çağırışlar edilib. Qonşu İran həmçinin razılaşmaya irad tutub.bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar