SON XƏBƏRLƏR

Azərbaycanlı dilçilər VI Beynəlxalq Türk Dili Qurultayına qatılacaqlar

2021.10.20, 07:36
Azərbaycanlı dilçilər VI Beynəlxalq Türk Dili Qurultayına qatılacaqlar

Gunaz.tv
Azərbaycanlı dilçilər VI Beynəlxalq Türk Dili Qurultayına qatılacaqlar ankara.jpg Naxçıvanlı dilçi alimlər VI Beynəlxalq Türk Dili Qurultayında iştirak etmək üçün bu gün Ankaraya yola düşüblər. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin Lent.az-ın Naxçıvan müxbirinə verdiyi məlumata görə, ənənəvi olaraq 5 ildən bir Ankara şəhərində təşkil olunan Beynəlxalq Türk Dili Qurultayının bu il altıncı dəfə keçirilir. Qurultayın keçirilməsində məqsəd türk dilinin öyrənilməsi, inkişafı və beynəlxalq aləmdə öz mövqeyini gücləndirməsidir. Tədbirdə türk dilinin tarixi, inkişafı, türk dilli xalqların bir-biri ilə əlaqəsi, ortaq türk dilinin yeri, qədim türk yazılı abidələri, türk toponimikası, xüsusilə, Mahmud Kaşğarlının “Divani-Lüğəti-Türk” əsərinin 850 illiyinin YUNESKO tərəfindən qeyd olunması, əsərin müzakirəsi və öyrənilməsi məsələləri yer alacaq. Qeyd edək ki, qurultaya Naxçıvandan 7 dilçi alim qatılacaq. Filologiya elmləri doktorları Əbülfəz Quliyev, Adil Bağırov və Sevindik Vəliyevlə yanaşı, filologiya elmləri namizədləri Akif İmanlı, Elbəyi Maqsudov, Firudin Rzayev və Qalibə Hacıyeva da qurultayda məruzə ilə çıxış edəcəklər. Qurultay 1 həftə davam edəcək. Bu zaman kəsiyində həm də ayrı-ayrı bölmələr üzrə iclaslar da keçiriləcək. Elmar Hüseynov LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar