SON XƏBƏRLƏR

Levon-Ter Petrosyan: “Serj Sarkisyan Dağlıq Qarabağı qurban verir”

2021.10.20, 07:36
Levon-Ter Petrosyan: “Serj Sarkisyan Dağlıq Qarabağı qurban verir”

Gunaz.tv
Levon-Ter Petrosyan: “Serj Sarkisyan Dağlıq Qarabağı qurban verir” ter-petros.jpg Ermənistan müxalifəti kütləvi etiraz aksiyalarını müvəqqəti dayandırmaq qərarına gəlib. APA-nın “Armtoday” saytına istinadən verdiyi məlumata görə, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bunu oktyabrın 17-də keçirilən mitinqdə bəyan edib. O, Qarabağin təhlükədə olduğunu vurğulayaraq tərəfdarlarını mitinqləri müvəqqəti olaraq dayandırmağa çağırıb. Sabiq prezidentin fikrincə, hakimiyyətin mövcud siyasəti Ermənistanın maraqlarını təhlükə altında qoyur. L. Ter-Petrosyan bildirib ki, Serj Sarkisyanın öz legitimliyini sübut etmək üçün Qərbin qoynuna atıldığı və onların siyasətinə uyğun olaraq Rusiyanı danışıqlar prosesindən sıxışdırmağa çalışdığı bir vaxtda Qərb bu imkanı əldən verməyərək tez bir zamanda münaqişəni həll edəcək. Rusiyayönümlü siyasətçinin öz oriyentasiyasını qəflətən dəyişməsinin səbəbini açıqlayan müxalifət lideri deyib ki, S. Sarkisyanın artıq Rusiyadan gözləntiləri yoxdur və onun əsas məqsədi Qərbin dəstəyini qazanmaqdır: “Sarkisyan Qərbə nə təklif edə bilər? Axı Ermənistan təbii sərvətlərə malik deyil! Bizim dövlət maraqlarından başqa heç nəyimiz yoxdur. Prezident də məhz bu yolu – dövlət maraqlarının qurban verilməsini seçib. Bütün bu dediklərim, eləcə də Abxaziya və Cənubi Osetiyanın tanınmasından sonra Rusiyanın Qafqazda təsirinin azalması Qarabağ münaqişəsinin tezliklə Ermənistanın ziyanına həll olunacağını göstərir”. L. Ter-Petrosyan S. Sarkisyana Qarabağa dair vədlərini yerinə yetirmək üçün AŞ PA-nın yanvar sessiyasına qədər vaxt verildiyini söyləyib. Müxalifət lideri kütləvi aksiyalara verilən fasilənin uzun olmayacağını, Qarabağ düyününün 2-3 aya çözüləcəyini bəyan edib. Milli Konqresin lideri aksiyaların dayandırılmasının məntiqini belə izah edib ki, müxalif hərəkatın fəallığı Serj Sarkisyanın mövqelərini zəiflədir və Qərbin hakimiyyətə təzyiqlərini artırmasına səbəb olur, beləliklə də, müxalifət özü də istəmədən Qərbin əlində alətə çevrilir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar