SON XƏBƏRLƏR

Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi

2021.10.20, 07:36
Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi

Gunaz.tv
Türkiyə BMT Təhlükəsizlik Şurasının üzvü seçildi bmt-iran-mesleh.jpg Onun namizədliyinə 192 ölkədən 151-i səs verib Türkiyə 2009-2010-cu il üçün BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, onun namizədliyinin lehinə Baş Assambleyanın 192 üzvündən 151-i səs verib. Qeyd edək ki, Türkiyə Qərb qrupunda Avstriya və İslandiya ilə mübarizə aparırdı. Üzv seçilmək üçün Türkiyəyə üçdə iki səs çoxluğu kifayət etsə də, onun namizədliyini daha çox ölkə dəstəkləyib. Avstriya 132 səs alaraq Qərb qrupundan seçilən ikinci ölkə olub. İslandiya isə 87 səs yığaraq BMT Təhlükəsizlik Şurasından kənarda qalıb. Türkiyə və Avstriyadan əlavə Afrika bölgəsindən Uqanda, Latın Amerikasından Meksika, Asiya qrupundan isə Yaponiya TŞ üzvü seçilib. Qeyd edək ki, Yaponiya İrana qalib gəlib. Türkiyə sonuncu dəfə 1961-ci ildə Polşa ilə bir yerdə BMT TŞ üzvü olub. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar