SON XƏBƏRLƏR

İrəvanda müxalifətin mitinqi başlayıb

2021.10.20, 07:36
İrəvanda müxalifətin mitinqi başlayıb

Gunaz.tv
İrəvanda müxalifətin mitinqi başlayıb ermenistan-mitinq-17-10.jpg Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan çıxışında bildirib ki, mitinqdə sonra yürüş keçiriləcək Bu dəqiqələrdə İrəvandakı Matenadaran meydanında Ermənistan müxalifətinin mitinqi keçirilir. «A1+»-un yaydığı məlumata görə, mitinqə toplaşanların sayı o qədər çoxdur ki, onlar yaxınlıqdakı küçələri də bağlayıblar.Ermənistan müxalifətinin lideri Levon Ter-Petrosyan mitinqə Ermənistan Xalq Partiyasının rəhbəri Stepan Dəmirçyan və Respublika Partiyasının sədri Aram Sarkisyanla birlikdə gəlib. Erməni Milli Konqresinin əlaqələndiricisi Levon Zurabyan çıxışında bildirib ki, mitinqdə sonra yürüş keçiriləcək. Mitinqin aparıcısı Aram Manukyan deyib ki, aksiyada Stepan Dəmirçyan və Aram Sarkisyan çıxış edəcək. Sonra isə söz Levon Ter-Petrosyana veriləcək. «A1+»un hadisə yerindəki müxbirinin məlumatına görə, mitinqin keçiridiyi meydanda polis əməkdaşlarının sayı az olsa da, «Hökumət evi»nin ətrafında dayanmış avtobuslarda çoxsaylı polislər var. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar