SON XƏBƏRLƏR

Dünya birjalarında neftin kəskin ucuzlaşması OPEK-i narahat edir

2021.10.20, 07:36
Dünya birjalarında neftin kəskin ucuzlaşması OPEK-i narahat edir

Gunaz.tv
Dünya birjalarında neftin kəskin ucuzlaşması OPEK-i narahat edir opek.jpg Buna baxmayaraq, təşkilat hasilat kvotasının azaldılması barədə qərar qəbul etməyib Dünyada neftin kəskin ucuzlaşması neft ixrac edən ölkələr təşkilatı OPEK-i narahat etməyə başlayıb. Bu məsələ təşkilat üzvlərinin oktyabrın 24-də keçiriləcək fövqəladə toplantısında müzakirə olunacaq. Təşkilatın prezidenti Şakib Xəlil bildirib ki, indiki iqtisadi şəraitdə neftin qiymətlərinin 70-90 dollar arasında dəyişməsi əlverişlidir. Hələlik təşkilat hasilat kvotasının azaldılması barədə qərar qəbul etməyib. Amma oktyabrın 24-də keçiriləcək iclasda belə qərarın verilməsi gözlənilir. Təşkilatın ekspertləri gələn il dünyada gündəlik neftə tələbatın 3 faiz azalaraq 31,14 milyon barel təşkil edəcəyini proqnozlaşdırıb. Buna görə də OPEK 2009-cu ildə gündəlik hasilatı 1 milyon barel azaltmaq niyyətindədir. Rusiya hökuməti isə gələn il neftin qiymətinin 80-120 dollar olmasını normal sayır. Azərbaycan neftinin qiymətinin növbəti psixoloji həddən 70 dollardan aşağı düşməsini isə hökumətdə ciddi təhlükə hesab etmirlər. Mütəxəssislərin hesablamalarında görə, il ərzində Azərbaycan neftinin orta qiyməti 80 dollardan az olmayacaq. Dövlət Neft Fondundan ANS-ə verilən məlumatda isə bildirilir ki, ilin əvvəlində neftin qiymətləri yüksək olduğundan fonda kifayət qədər vəsait yığılıb. Düzdür, qiymətlərin aşağı düşməsi fondun gəlirlərini azaltsa da, büdcəyə transferlər dəyişdirilməyəcək. Başqa sözlə, bu il fonddan büdcəyə 3,8 milyard manatın köçürülməsində problem yaranmayacaq. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar