SON XƏBƏRLƏR

Müstəqilliyimizin 17 ili tamam oldu

2021.10.20, 07:36
Müstəqilliyimizin 17 ili tamam oldu

Gunaz.tv
Müstəqilliyimizin 17 ili tamam oldu azerb.-bayraqi.jpg Bu gün(18 oktyabr) Azərbaycan Respublikasının (AR) müstəqil dövlət olmasının rəsmiləşdirilməsindən 17 il ötür. Lent.az-ın məlumatına görə, Azərbaycan Ali Soveti 1991-ci il avqustun 30-da Azərbaycan Milli Sovetinin 1918-ci il mayın 28-də qəbul etdiyi bəyannaməni əsas tutaraq, Azərbaycan Respublikasının istiqlaliyyəti haqda bəyannamə qəbul edib. Həmin ilin oktyabrın 18-də isə AR Ali Sovetində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul olunub. 1991-ci il oktyabrın 18-dən Azərbaycan istiqlal bir ölkə olub. Xatırladaq ki, iki il öncə Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişikliklərdən sonra təqvimdə 18 oktyabr bayramı istirahət – qeyri-iş günü hesab olunmur. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar