SON XƏBƏRLƏR

Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzvlüyü səsə qoyulub

2021.10.20, 07:36
Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzvlüyü səsə qoyulub

Gunaz.tv
Türkiyənin BMT Təhlükəsizlik Şurasına üzvlüyü səsə qoyulub bmt-bas-assambleya.jpg Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının üzvlüyü ilə bağlı səsvermə başlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, namizəd ölkələr arasında Türkiyənin də adı var. BMT Baş Assambleyasında keçirilən səsvermədə üzv ölkələrin daimi nümayəndələri səs verirlər. Türkiyə Qərb qrupunda İslandiya və Avstriya ilə bir yerdə mübarizə aparır. O, 2009-2010-cu illərdə BMT Təhlükəsizlik Şurasının üzvü olmaq üçün 192 üzv dövlətin üçdə ikisinin səsini toplamalıdır. Xarici işlər naziri Əli Babacan artıq bir həftədir Nyu-Yorkda BMT-dəki regionlar qrupların üzvləri ilə görüş keçirir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar