SON XƏBƏRLƏR

Azərbaycanın Ukraynadan aldığı silah-sursatın sayı açıqlanıb

2021.10.20, 07:36
Azərbaycanın Ukraynadan aldığı silah-sursatın sayı açıqlanıb

Gunaz.tv
Azərbaycanın Ukraynadan aldığı silah-sursatın sayı açıqlanıb mig-29-lar-azerbaycanda.jpg Ukrayna 2007-ci ildə Azərbaycana 18 ədəd BTR-70 və 4 ədəd BTS-5B döyüş maşını satıb. Lent.az-ın məlumatına görə, bu barədə Ukraynanın BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda bildirilir. Hesabatda həmçinin ötən il rəsmi Kiyevin Azərbaycana 55 ədəd D-30A iriçaplı artilleriya qurğusu, 9 ədəd “MiQ-29” döyüş təyyarəsi satdığı da qeyd olunur. Bundan başqa, Azərbaycanın Ukraynadan aldığı silah və sursatlar arasında təyyarələrin silahlanması üçün “hava-hava” tipli 43 ədəd R-27 raketi, çoxlu sayda atıcı silah və onlar üçün müxtəlif çaplı sursatlar var. Hesabatda Ukraynanın 2007-ci ildə Gürcüstana 74 ədəd T-72 tankı, 6 ədəd BTS-5B transportyoru, 2 ədəd 2S7 iriçaplı artileriya sistemi, 8 ədəd L-39 təyarəsi və çoxlu sayda karabin, tapança, avtomat silah və onların sursatları satması da açıqlanıb. Rəşad Süleymanov Lent.az LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar