SON XƏBƏRLƏR

Rus ordusu Qarabağa girir? . Moskvanın Ermənistana ultimatum verdiyi barədə məlumat yayılıb

2021.10.20, 07:36
Rus ordusu Qarabağa girir? . Moskvanın Ermənistana ultimatum verdiyi barədə məlumat yayılıb

Gunaz.tv
Rus ordusu Qarabağa girir? Moskvanın Ermənistana ultimatum verdiyi barədə məlumat yayılıb rus-tank.jpg Rusiyanın 58-ci ordusu sülhməramlı qüvvələr şəklində Dağlıq Qarabağa girməyə hazırlaşır. Lent.az-ın “ARMENİA Today” saytına istinadən verdiyi məlumata görə, bu barədə “Geopolitika” qəzeti yazıb. Qəzetin yazdığına görə, Rusiya Xarici İşlər Nazirliyindəki anonim mənbələr Moskvanın Dağlıq Qarabağdakı qüvvələrini geri çəkməklə bağlı Ermənistana ultimatum verdiyini bildiriblər. Guya ki, həmin qüvvələrin əvəzinə Dağlıq Qarabağ Rusiyanın 58-ci ordusu, eləcə də rus sülhməramlıları daxil olacaq. “Geopolitika” bu tələbin Ermənistanda hökumət böhranı yaradacağını və bölgədə vəziyyəti dəyişəcəyini qeyd edir. Maraqlıdır ki, bu informasiya Rusiya prezidenti Dmitri Medvedevin 20-21 oktyabr tarixində Ermənistana səfəri ərəfəsində yayılıb. Medvedev İrəvandakı görüşləri zamanı Dağlıq Qarabağ probleminə də toxunacaq. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar