SON XƏBƏRLƏR

Prezident seçkisinin yekun nəticələri səsvermədən sonra ən gec 14 gün müddətinə elan ediləcək

2021.10.20, 07:36
Prezident seçkisinin yekun nəticələri səsvermədən sonra ən gec 14 gün müddətinə elan ediləcək

Gunaz.tv
Prezident seçkisinin yekun nəticələri səsvermədən sonra ən gec 14 gün müddətinə elan ediləcək ss14.jpg Konstitusiya Məhkəməsi nəticələrini elan edəndən sonra seçilmiş şəxs 3 gün müddətində and içəcək Prezident seçkisinin yekun nəticələrini Konstitusiya Məhkəməsi səsvermədən sonra ən gec 14 gün müddətinə elan edəcək. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev ANS-ə bildirib ki, Dairə Seçki Komissiyalarının əksəriyyətindən yekun protokol Mərkəzi Seçki Komissiyasına təqdim olunub. Onun sözlərinə görə, seçki məcəlləsinin tələbinə uyğun olaraq səsvermə başa çatdıqdan sonra 48 saat müddətinə DSK-lar yekun protokolu MSK-ya təqdim etməlidir. Ən gec 10 gün müddətinə MSK seçkilərin nəticələrinə yekun vuraraq, Konstitusiya Məhkəməsinə göndərəcək. Konstitusiya Məhkəməsi nəticələrini elan edəcək və prezident seçilmiş şəxs məhkəmənin qərarından sonra 3 gün müddətində and içəcək. Azər Sarıyev qeyd edib ki, səsvermədən sonrakı müddət ərzində seçki ilə bağlı MSK-ya hələlik heç bir şikayət daxil olmayıb. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar