SON XƏBƏRLƏR

Obama Türkiyəni “işğalçı” adlandırdı

2021.10.20, 07:36
Obama Türkiyəni “işğalçı” adlandırdı

Gunaz.tv
Obama Türkiyəni “işğalçı” adlandırdı obama.jpg Demokrat partiyasının namizədi ermənilərdən sonra yunanların da səsini qazanmağa çalışır “Erməni soyqırımı”nı tanıyacağını bəyan etməklə ABŞ-dakı erməni əsilli seçicilərin səsini qazanmağa çalışan Barak Obama indi də yunan əsilli seçicilərin səsi uğrunda mübarizəyə başlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Yunanıstan-Amerika Cəmiyyətinə məktub göndərən Obama Kipr problemindən bəhs edərkən Türkiyəni “işğalçı” adlandırıb. Obama məktubunda “Kipr probleminin müzakirələr yolu ilə həlli Türkiyənin işğalına son qoyacaq” ifadəsindən istifadə edib: “Kipr vahid hakimiyyəti olan ölkə olmalıdır”. Demokrat Partiyasının namizədi türk-yunan münasibətlərinin normallaşması üçün kömək edəcəyini də söz verib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar