SON XƏBƏRLƏR

ABŞ prezidentliyinə namizəd Con MakKeyn «erməni soyqırımı»nın tanınmasının əleyhinə çıxış edir

2021.10.20, 07:36
ABŞ prezidentliyinə namizəd Con MakKeyn «erməni soyqırımı»nın tanınmasının əleyhinə çıxış edir

Gunaz.tv
ABŞ prezidentliyinə namizəd Con MakKeyn «erməni soyqırımı»nın tanınmasının əleyhinə çıxış edir con_barak_17_10.jpg «The Atlantic Monthly» qəzeti yazır ki, bununla da Respublikaçılar partiyasından olan MakKeyn, son 20 ildə bu barədə mövqeyini açıq-aşkar nümayiş etdirən şəxsdir ABŞ-da çıxan «The Atlantic Monthly» qəzetində «Con MakKeynin erməni problemi» adlı məqalə dərc edilib. Məqalədə qeyd olunur ki, cənab MakKeyn dəfələrlə qondarma erməni soyqırımının tanınmasının əleyhinə çıxış edib. Ən əsası isə odur ki, o, hələ soyuq müharibə vaxtlarından bu mövqedə dayanıb. «Həmin vaxtdan etibarən Türkiyə Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqlərindən biri hesab olunur. Bizim isə Türkiyəni təhqir etməyə tam hüququmuz var». Bu sözləri «Ermənilər Obamanın lehinədir» adlı təşkilatın rəhbəri Aren İbranosyan deyib. ABŞ-da yaşayan erməni icmasının bir çlx nümayəndəsi isə deyir ki, Barak Obama prezident seçildikdən sonra Corc Buş kimi, öz sözünün üstündə dayanmayacaq və «erməni soyqırımı»nı tanımasına dair verdiyi vədləri «unudacaq». Lakin Obamanın tərəfdarları onları inandırmağa çalışır ki, belə olmayacaq və namizədin erməni icmasının problemlərinə diqqət yetirməsini buna sübut kimi gətirməyə çalışır. «Ermənilər Obamanın lehinədir» təşkilatının üzvləri isə ABŞ erməniləri arasında təbliğat kampaniyası aparmaq və B.Obama ilə Con MakKeynin erməni məsələsində tutduğu mövqelərin fərqlərini başa salmaq niyyətindədir. /Panarmenian.net/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar