SON XƏBƏRLƏR

Güney Azərbaycanın Makı şəhərində Türklər etiraz aksiyası keçirib

2021.10.20, 07:36
Güney Azərbaycanın Makı şəhərində Türklər etiraz aksiyası keçirib

Gunaz.tv
Güney Azərbaycanın Makı şəhərində Türklər etiraz aksiyası keçirib masin.jpg Güney Azərbaycanın Batı Azərbaycan əyalətinin Makı şəhərinin sakinləri icra hakimiyyəti binası qarşısında etiraz aksiyası keçirib. Makı şəhəri sakinlərinin etirazına hökumət orqanlarının 1 ay əvvəl baş vermiş daşqınlar nəticəsində dağılan yaşayış yerlərinin yenidən qurulması ilə bağlı əhaliyə yardım vədlərini yerinə yetirməməsi səbəb olub. Etiraz aksiyasına qatılan minlərlə sakin ilkin ehtiyaclarının hələ də təmin olunmadığından gileylənib. Aksiya iştirakçılarının dediyinə görə, havanın soyuması və qış mövsümünün yaxınlaşması onsuz da ağır vəziyyətdə olan təbii fəlakat qurbanlarını qayğılandırır. Keçən ay Batı Azərbaycanın bir sıra şəhərlərində şiddətli yağışlar nəticəsində daşqınları baş vermişdir. Təbii fəlakət 3 nəfərin ölümünə yol açmaqla yanaşı, ağır xəsarətlər və milyonlarla ölçülən dağıntılara səbəb olmuşdur.35000000

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar