SON XƏBƏRLƏR

Dmitri Medvedyev İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

2021.10.20, 07:36
Dmitri Medvedyev İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib

Gunaz.tv
Dmitri Medvedyev İlham Əliyevi yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib medvedyev120808.jpg Bakı-APA. Oktyabrın 16-da Rusiya prezidenti Dmitri Medvedev Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Rusiya Prezidenti Azərbaycanda prezident seçkilərində səslərin böyük əksəriyyətini qazanması münasibətilə İ. Əliyevi təbrik edib, ona növbəti prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Azərbaycan prezidenti təbrikə və göstərilən diqqətə görə D. Medvedevə minnətdarlığını bildirib.apa ------------------------------------------------------------------------- Ukrayna prezidenti Viktor Yuşşenko İlham Əliyevi təbrik edib yushenko1.jpg Yuşşenko Əliyevə növbəti prezidentlik fəaliyyəti müddətində də uğurlar arzulayıb Oktyabrın 16-da Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycan respublikasının prezidenti İlham Əliyevə telefonla zəng edib. Prezidentin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Ukrayna prezidenti seçkilərdə qələbəsi münasibətilə dövlət başçısını təbrik edib, ona növbəti prezidentlik fəaliyyəti müddətində də uğurlar arzulayıb. İlham Əliyev təbrikə və göstərdiyi diqqətə görə Ukrayna prezidentinə təşəkkür edib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar