SON XƏBƏRLƏR

Gələn il Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlanacaq

2021.10.20, 07:36
Gələn il Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlanacaq

Gunaz.tv
Gələn il Azərbaycanda yeni neft-kimya kompleksinin inşasına başlanacaq neftemalizavodu.jpg Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. Azərbaycanda yeni neft-kimya kompleksinin tikintisi üzrə Böyük Britaniyanın «Nextant» şirkətinin hazırladığı texniki-iqtisadi əsaslandırma (TİƏ) gələn ilin yanvar ayının ortalarında ölkə hökumətinə təqdim ediləcək. «Azərikimya» Dövlət Şirkətinin investisiya şöbəsinin rəisi Rza Rzayev «APA-ECONOMICS»ə açıqlamasında bildirib ki, artıq şirkət TİƏ-ni yekunlaşdırmaq üzrədir. Sənəd bu ilin dekabr ayının sonu və ya gələn ilin yanvar ayının əvvəlinədək hazır olacaq. Yeni neft-kimya kompleksinin tikintisinə isə gələn ildən başlanacaq. Layihə çərçivəsində bir necə zavodun inşası nəzərdə tutulur. Ümumilikdə layihənin üç fazası çərçivəsində 19-22 qurğunun tikintisi nəzərdə tutulub. Şöbə rəisinin verdiyi məlumata görə, kompleks sənaye regionunda inşa ediləcək. Onun böyük hissəsinin Sumqayıtda, bir hissəsinin isə Abşeron rayonunda tikilməsi nəzərdə tutulur. Kompleksin tikintisini 2012-ci ilin sonunda tamamlamaq planlaşdırılır. Burada polimer və aromatika məhsulları istehsal ediləcək. Kompleks istifadəyə verildikdən sonra ölkənin karbohidrogen bazasında qeyri-neft sektoru inkişaf etdiriləcək, yeni rəqabət qabiliyyətli məhsulların istehsalı artacaq. Bu məhsulların dünya bazarlarında satışı hesabına neft-kimya və kimya sənayesinin ÜDM-də xüsusi çəkisi yüksələcək, rəqabətə davamlı məhsulların ixracı artacaq. Kompleksin fəaliyyəti nəticəsində digər sənaye sahələrində də yeni iş yerləri açılacaq. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar